Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Startaplar

  1. Ana səhifə
  2. Startaplar
  1. Startaplar

Kanadada startaplara dövlətdən çox varlı ailələr kömək edir – HƏMYERLİMİZLƏ MÜSAHİBƏ

Kanadada startaplara dövlətdən çox varlı ailələr kömək edir – HƏMYERLİMİZLƏ MÜSAHİBƏ | FED.az
11:35 6 Mart 2020

Dünyanın ən innovativ şəhərləri sırasında ilk 10-luqda yer alan Kanadanın Toronto şəhərində startaplar sahəsində fəaliyyət göstərən həmyerlimiz Nərgiz Məmmədova ilə bu barədə ətraflı söhbət etdik.

Eləcə də bax: Amerikaya köçmüş Azərbaycan startapı - MÖHTƏŞƏM YARIŞIN FİNALINDA

Nərgiz Məmmədova bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin “Xüsusi İstedadlar Qrupu” nəzdində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində alıb. O, Kanadada immiqrantlar üçün Destin AI adlı süni intellekt platforması yaradıb. Platforma Kanadaya köçmək istəyən şəxsləri real təcrübələrə əsaslanan ətraflı məlumatlarla təmin edir.

FED.az TED.az-a istinadən Toronto şəhərində startaplar sahəsində fəaliyyət göstərən həmyerlimiz Nərgiz Məmmədovanın müsahibəsini təqdim edir:

- Nərgiz, səni Kanadaya nə apardı? Niyə məhz bu ölkə?

Kanada haqqında ilk dəfə 2007-ci ildə düşünməyə başladım. Bir yaxın dostumla birlikdə müzakirə aparmışdıq, onun xəyalında olan ölkə idi. Kənardan həm soyuq, həm də bir tərəfdən cəlbedici gəlirdi. Ümumiyyətlə, ölkənin qlobalda tibb, təhsil, insan hüquqları və yaşam standardları mövzularında müsbət aurası var.

Azərbaycanda müxtəlif sahələrdə təxminən 7 il çalışdıqdan sonra yenilənməyə ehtiyacım var idi. Xaricdə magistratura üzrə təhsil həmin an ağlıma batan ən məntliqli növbəti addım kimi gəlirdi. Bakıda çalışdığım son dönəmlərdə Almaniya, İsveçrə kimi ölkələrdə bir neçə universitetlərdən qəbul alsam da, müxtəlif səbəblərdən gedə bilmirdim. 2014-cü ildə Dövlət Proqramı aktiv idi, təhsil naziri yeni dəyişmişdi. Bir il öncə “yox” cavabı almağıma baxmayaraq, 2014-cü ildə proqram nəhayət şəffaf şəkildə keçirildi və məni də qəbul etdilər.  Öncə planım Almaniya olsa da, son anda şəxsi səbəblərdən dolayı planlar dəyişdi və anidən mən Kanadaya getməyə qərar verdim. Nəhayət arzumu yerinə yetirmək qismət oldu və Beynəlxalq biznes sahəsi üzrə Queens Universitetində magistr dərəcəmi tamamlaya bildim. 

- Kanadada təhsil aldığın universitetin texnoloji sistemi necə idi? Məsələn, ev tapşrıqlarını onlayn göndərə və və akdemik məsələlərdə distant işləyə bilirdinmi?

Bu universitetdə mühit Azərbaycandakı tələbə həyatından çox fərqli idi. Yoldaşlarımın təxminən yarısı Çindən, geri qalanı isə dünyanın fərqli ölkələrindən olan gənclər idi. Sessiyalar zamanı ciddi hazırlaşsaq da, sosial həyatımız çox rəngarəng idi. Ən qısa hesab etdiyimiz tətil günlərində belə Kanadanın fərqli şəhərlərinə gəzintilər təşkil edirdik, birlikdə Kanadanı kəşf edirdik. Bir illik akademik təhsilin daxilində, universitetimizin beynəlxalq təcrübə mübadiləsi proqramı vasitəsilə dörd aylıq Yaponiya səfəri də təhsil həyatımı daha da rəngləndirdi. Orada gözəl insanlar tanıdım və yaponların mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazandım. İxtisasımız üzrə professorlar bizi daha çox praktik bilik və bacarıqlarla təmin etmək üçün Kanada və Yaponiyada çalışırdı. Bizim real şirkətlərin daxili problemlərini görməmiz və ona uyğun həll yolu tapmağımza kömək edirdilər. Tapşırıqların çoxunu onlayn e-mail üzərindən hazırlayıb professorlarımıza göndərirdik, bəzilərinin nəticəsini isə dərslərdə qrup şəklində müzakirə edirdik. Sony, SNC Lavalin kimi şirkətlərin daxili analizini edib, onlarla daha yaxından tanış olduq. Həm də diplom işimiz “Saskatchewan” adlı real konsultasiya layihəsi idi. Bu çərçivədə Kanadakı su təmizləmə (water treatment) şirkətinə Avropa şöbələrini necə açmaq olar deyə strateji 1 illik konsultasiya etmişdik və bu da bizim diplom işimiz olmuşdu.

- Səhv etmirəmsə, Toronto şəhərində yaşayırsan və bu şəhər dünyanın ən innovativ ölkələr sırasında ilk 10-luqdadır.

Toronto meqopolisdir və buranı maraqlı edən fərqli ölkələrdən gələn və fərqli mənsubiyyətə sahib insanlardır. Bu şəhərin qəribə harmoniyası var. Həm eyni dili danışıb (ingilis ya da fransız), həm də öz mədəniyyətini sərbəst yaşaya biləcəyiniz bir şəhərdir. İnsanların yaşayış vəziyyətini yaxşılaşdırmaq üçün ödənişsiz tibb sistemi də seçim edənlər üçün əhəmiyyətli faktorlardan biri olur. Ancaq bu şəhərin özünə görə çətinlikləri də var. Məsələn, başqa yerlərə nisbətdə soyuqdur və həyatın sürəti Amerika ilə müqayisədə daha yavaşdır. İnnovasiyaya gəldikdə isə bəli, 1990-larda Nyu-York, Kaliforniyanın keçdiyi mərhələni sanki Toronto indi yaşayır və innovasiya burada o şəhərlərdəki kimi inkişaf edir.

- Ölkə əsasən hansı texnoloji sahələrdə inkişaf edir? Səncə, buna səbəb nədir?

Kanadada texnologiya sahəsində Toronto, Waterloo, Montreal və Vancouver kimi şəhərlər öndədir. Ümumiyyətl, hazırda Kanadanı cəlbedici edən onun güclü bacarıqlı insanlarının olmasıdır. Digər ölkələrə nisbətdə daha açıq immiqrasiya proqramlarına görə dünyanın fərqli yerlərindən bacarıqlı adamlar gəlir, burada ya təhsil alır ya da təmamilə beyin köçü edir. Həm də, Amerika ilə müqayisədə ekonomik cəhətdən daha sərfəli kadr tapıntısına görə bir çox şirkət Kanadanı özünə qərargah kimi seçir. Google, Feysbuk, Amazon kimi şirkətlər Toronto ofislərini bu yaxınlarda açdı. 

-Bu yaxınlarda startap qurduğun barədə məlumat aldıq. Kanadada startap bazarında rəqabət necədir? Bu sahəyə gəlmək və uğur qazanmaq üçün nələrdən başlamaq lazımdır?

Ümumiyyətlə hansısa sahə üzrə işə başlamadan öncə işin gəlirlilik potensialı və rəqabət üzrə situasiyası nəzərə alınmalıdır. Görülən işin fokusundan asılı olaraq, ilk olaraq bazarda rəqib yoxdursa, bunun olmamasının özü belə yeni çağrışdır, yani araşdırmaq lazımdır ki, nə üçün rəqib yoxdur? Ya da bazarda indiki durumda rəqib çoxdursa, Siz onlardan necə fərqlənəcəksiniz ki onların müştəriləri Sizin məhsul və ya xidmətdən istifadə etsin? Həm də görəcəyiniz işin yerinin önəmi varmı? Bunu da düşünmək maraqlıdır. Kanadadan fəaliyyət göstərib ancaq bütün dünya üçün faydalı olacaq məhsul ya da xidmət yaradan şirkətlər də mövcuddur (məs. Wealthsimple, Shopify, Opencare və s.).  Uğurun özünün isə tək bir sirri yoxdur - mən gördüyüm qədəri ilə bunlara ola bilər daxil olsun - zamanlama, məhsulun tez test olunub müştəriyə təqdim olunması, yetəri qədər satış üçün bazarın olması və hüquqi şəkildə maneələrin az olması. Ancaq hər bir qurulan yeni şirkətin özünə görə çətinlikləri var. Bunu tək bir formula ilə izah etmək çətindir. 

- Orada investor bazarı necədir? Vençur fondlar, angel (mələk) investorlar...

Burada müxtəlif kateqoriyalı investorlar mövcuddur – angel investorlar dediyimiz texnologiya sahəsinə yatırımlar etmək istəyən fərdlər və ya angel qruplar, ya da bu işi illərlə görən Venture Capitalist firmalar. Onların fondlarının maliyyə ölçüsü nisbətən daha böyük olur və müxtəlif startaplara eyni anda investisiya edə bilirlər. Bir də dövlət və şəxsi qarışıq hibrid qurumlar var ki (məs. Y Combinator, Techstars Toronto, NEXT Canada və s.), həm investisiya edib, həm də şirkətin inkişaf mərhələsində texiniki dəstək göstərirlər. 

- Maraqlıdır, investorlarla necə əlaqə saxlayırlar və onlara təqdimatını necə edirlər? Bu sahədə yəqin təcrübəniz var. İnvestorlar əsasən nəyə önəm verir?

İnvestorlarla ünsiyyət bir sahibkarın investisiya axtarışı dönəmində təxminən 60-70% gününü apara bilər. Öncə ünsiyyət qurulan zaman investorun tanıdığı birisi Sizi ona tövsiyyə etməlidir, həmin tanış edəcək şəxsi tapıb, münasibətləri qurmağın özü vaxt aparır. Çünki sadəcə e-mail göndərərək ünsiyyət qurduqda Sizə cavab gəlməyə bilər, çünki investorlara gün ərzində həddindən artıq məktub gəlir. Təqdimatın özü isə görüşü aldıqdan sonra müxtəlif formalarda baş tutur. Əgər şəxsi angel investordursa, bu onun ofisində, hətta evinin iş otağında ola bilər. Əgər “İnstitutional Venture Capitalist”dirsə bir qrup insan Sizi dinləyir. Görüşlər bir neçə dəfə olur ki, bu zaman ərzində Sizi və komandanızı daha yaxşı tanısınlar. Ümumi ilk ünsiyyətdən çekin yazılmasına görə və ya investisiya “round”unun (dairə) (Pre-Seed, Seed, A, B, C və s.) ölçüsünə görə 2-6 ay arası çəkə bilər. Həmin müddətdə Siz həm öz şirkətinizi idarə etməli, müştərilərinizin sayını artırmalı, həm də investisiya məsələsini tamamlamalı olursunuz. Bu müddət xüsusilə zəhmətli və stresli keçə bilər. Səhhətinizə diqqət göstərməyiniz həmin ərəfədə çox önəmlidir. 

- Orada bu sahəyə dövlət dəstəyi varmı? Yəni, müxtəlif proqramlar, maliyyə fondları: Bu sahə əsasən hansı təşkilatlar tərəfindən inkişaf etdirilir?

Dövlət tərəfindən texnologiya şirkətləri üçün güzəşt və dəstək proqramları mövcuddur. Həmçinin Kanadanın zəngin ailələri startaplara dəstək üçün vaxtaşırı olaraq müstəqil təşkilatlara ianələr edir.

-Sahibkarlıq üçün dövlət güzəştləri nəzərdə tutulubmu? Məsələn, Torontada biznesini qurmaq asandırmı?

Şirkəti qeydiyyata almaq asandır. Təxminən iki həftədən az müddətə həll etmək olur və yeni qurulan bizneslər üçün xüsusi qrant proqramlardan faydalanmaq olur. 

- Orada texnologiya sahəsində azərbaycanlılar çoxdurmu, həmyerlilərimiz ilə əməkdaşlıq edib ortaq layihələr reallaşdırırsanmı? Kanadada Azərbaycanla bağlı texnologiya mərkəzi varmı?

Kanadada texnologiya sahəsində çalışan mütəxəssislərimiz və şirkət sahibi olan şəxslər var. Torontoda yaşayan və fəaliyyət göstərən dostlarımızla mütəmadi ünsiyyətdəyik, eyni sahənin insanları gec-tez bir-birini tapır. Dövlət Proqramı vasitəsilə gələn gənclər artıq məzun olub, müxtəlif şirkətlərdə çalışmağa başlayıblar. 

- Orada hansı sahələrdə işlərinizi onlayn həll edə bilirsiniz?

Gündəlik biznes əməliyyatlarının, yəni onlayn bankinq kimi biznes və şəxsi məsələlərlə bağlı işlərimizi rahat görə bilirik. Onlayn hüquqi xidmətlərdə isə öz Korporativ və İP üzrə hüquqşunasımızla şəxsən görüşməsək də işlərimizi görə bilmişik. Onlayn mühasibatçılıqda da vəziyyət eynidir, öz mühasibimizlə şəxsən oturub müzakirə etməyimizə gərək yoxdur, e-mail üzərindən işləri tamamlamaq olur və onlayn mühasibatlıq proqramları işimizi rahatlaşdırır.

Kanadadan baxanda Azərbaycanın texnologiya sahəsi necə görünür? Təcrübələrinə əsaslanaraq səncə, bizdə bu sahədə nələr dəyişməli və necə inkişaf etdirilməlidir?

Şəxsi fikrimcə, Azərbaycan əhali və ərazi sayına görə kiçik olsa da, doğru addımlar atılarsa, İsrail kimi bir ekosistemə sahib ola bilər. Hazırda Azərbaycan texnologiya sahəsi üzrə ilk addımlarını atır. Əvvəllər bu kimi sahələri inkişaf etdirmək illər tələb edirdisə, indi internetin və şəbəkələşmənin gücü ilə informasiya yayılma sürəti müqayisə olunmayacaq qədər çoxdur. Təhsil sistemində ediləcək yeniliklər innovasiya ilə birbaşa əlaqəlidir, artıq şablondan çıxıb, alternativ üsullarla yeni bacarıqlar yetişdirmək zamanıdır. Yəni, dövlət tərəfindən doğru investisiyalar qoyularsa, həm təhsil, həm də texnologiya sahəsinə akademik və biznes aləmi birlikdə çalışar və yeniliklər ortaya çıxar.  

 

Banner
Paylaş

Digər xəbərlər

Azərbaycan startapı xaricdən 100 min dollarlıq - YATIRIM CƏLB EDİB
Startaplar 25 Yan 2023
Azərbaycan startapı xaricdən 100 min dollarlıq - YATIRIM CƏLB EDİB
Azərbaycanda startap məktəbi - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Startaplar 16 Yan 2023
Azərbaycanda startap məktəbi - FƏALİYYƏTƏ BAŞLAYACAQ
Daha 3 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verildi
Startaplar 5 Yan 2023
Daha 3 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verildi
Daha 4 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verildi
Startaplar 6 Dek 2022
Daha 4 mikro və kiçik sahibkara - “Startap” Şəhadətnaməsi Verildi
Qrantların ayrılması startaplara mane olurmuş - NAZİRDƏN AÇIQLAMA
Startaplar 29 Noy 2022
Qrantların ayrılması startaplara mane olurmuş - NAZİRDƏN AÇIQLAMA
Azərbaycan startapı ilk ilində 10 milyon manat dövriyyəyə - NAİL OLUB
Startaplar 22 Noy 2022
Azərbaycan startapı ilk ilində 10 milyon manat dövriyyəyə - NAİL OLUB
Azərbaycanlının da təsisçi olduğu startap 27 milyon dollar - İNVESTİSİYA ALIB
Startaplar 25 Okt 2022
Azərbaycanlının da təsisçi olduğu startap 27 milyon dollar - İNVESTİSİYA ALIB
Daha 6 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi - VERİLDİ
Startaplar 21 Okt 2022
Daha 6 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsi - VERİLDİ
Azərbaycanda reklam bazarını dəyişəcək yenilik – İNSTAGRAMDA AZI 2500 İZLƏYİCİN OLMALIDIR – MÜSAHİBƏ
Startaplar 14 Okt 2022
Azərbaycanda reklam bazarını dəyişəcək yenilik – İNSTAGRAMDA AZI 2500 İZLƏYİCİN OLMALIDIR – MÜSAHİBƏ
Azərbaycanda 3D printerlə evlərin tikintisinə başlanacaq - QARABAĞDA İSTİFADƏ OLUNA BİLƏR - MÜSAHİBƏ
Startaplar 14 Okt 2022
Azərbaycanda 3D printerlə evlərin tikintisinə başlanacaq - QARABAĞDA İSTİFADƏ OLUNA BİLƏR - MÜSAHİBƏ
Cəmi 10-15 manat ödəyib təcrübə proqramı tapmaq imkanı – 250 MİN DOLLARA PAY ALMAQ OLAR – YENİ STARTAP - MÜSAHİBƏ
Startaplar 6 Okt 2022
Cəmi 10-15 manat ödəyib təcrübə proqramı tapmaq imkanı – 250 MİN DOLLARA PAY ALMAQ OLAR – YENİ STARTAP - MÜSAHİBƏ
Azərbaycanda İnvestisiya və Gənc Sahibkarlar Forumu - KEÇİRİLƏCƏK
Startaplar 5 Okt 2022
Azərbaycanda İnvestisiya və Gənc Sahibkarlar Forumu - KEÇİRİLƏCƏK
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Təcili: Gömrük Komitəsi xaricdən Azərbaycana gətirilən mobil telefonlar barədə - AÇIQLAMA YAYDI - VİDEO
    21:30 4 Fev 2023
  • "Xalq Bank" çoxsaylı İşçilər axtarır - VAKANSİYALAR
    21:15 4 Fev 2023
  • Dövlət qurumları və özəl şirkətlər yüksək maaşla işçilər axtarır - MAAŞ 2000-2500-3000-3500 MANAT - VAKANSİYALAR
    21:06 4 Fev 2023
  • "Azprotein Foods Group" ASC işçi axtarır - MAAŞ 2000-3000 MANAT - VAKANSİYA
    21:03 4 Fev 2023
  • Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1000-1500-3000 MANAT- VAKANSİYA
    21:01 4 Fev 2023
  • Dövlət qurumu işçilər axtarır - VAKANSİYALAR
    20:56 4 Fev 2023
  • "PASHA Bank" işçilər axtarır - VAKANSİYALAR
    20:49 4 Fev 2023
  • "Aztelekom" işçi axtarır - VAKANSİYA
    20:47 4 Fev 2023
  • "Balli Bisi" işçilər axtarır - MAAŞ 600-1500-2500 MANAT - VAKANSİYALAR
    20:40 4 Fev 2023
  • "Invest AZ" QSC işçi axtarır - VAKANSİYA
    20:36 4 Fev 2023
  • "Azersun Holding" işçilər axtarır - VAKANSİYALAR
    20:31 4 Fev 2023
  • Yoluxanların bu günə olan - SAYI AÇIQLANDI - 1 NƏFƏR ÖLDÜ
    18:16 4 Fev 2023
  • Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”
    13:52 4 Fev 2023
  • Bakıda bu binalar söküləcək - 200-dək ailə köçürülür
    13:34 4 Fev 2023
  • Qeri Cons: "bp SOCAR-la birgə Avropaya qaz nəqlini artırmağın yollarını axtarır"
    13:21 4 Fev 2023
  • Xocalıda şirkət maşını dərəyə aşdı - YARALI VAR
    13:03 4 Fev 2023
  • «Rabitəbank» kartlarında – 5-10%-LİK YENİ KEŞBEKLƏR - SİYAHI
    13:00 4 Fev 2023
  • "Bakı Sığorta"nın rəhbərliyində - DƏYİŞİKLİK EDİLİB
    12:55 4 Fev 2023
  • Medvedev: "Rusiya nüvə silahından istifadə edə bilər"
    12:51 4 Fev 2023
  • “ACWA Power” Azərbaycanda ümumi gücü 2,5 QVt olan iki külək elektrik stansiyası - İNŞA EDƏCƏK
    12:39 4 Fev 2023
  • Bazar gününün - HAVA PROQNOZU
    12:24 4 Fev 2023
  • "AFB Bank" əmanətlərinin - 10%-li GƏLİR VERGİSİNİ ÖZÜ ÖDƏYƏCƏK
    12:23 4 Fev 2023
  • Qlobal ərzaq qiymətləri - 10 AYDIR AŞAĞI DÜŞÜR
    12:20 4 Fev 2023
  • Azərbaycanda kiçik mühərrikli avtomobillərə sığorta qadağası - HƏLL EDİLDİ - VİDEO
    12:08 4 Fev 2023
  • TamGənc kartını ABB-dən - PULSUZ ƏLDƏ ET!
    12:00 4 Fev 2023
  • Avropada 50 bankomatı partladan qrup – ƏLƏ KEÇİRİLİB
    11:59 4 Fev 2023
  • Marketlər polietilen torbaları müştərilərə neçəyə satacaq? - VİDEO
    11:52 4 Fev 2023
  • “Skaz Autohouse” şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:47 4 Fev 2023
  • “Cash by Code” xidməti - YELO MOBİL TƏTBİQİNDƏ
    11:41 4 Fev 2023
  • SOCAR və TPAO daha bir sahədə - ƏMƏKDAŞLIQ EDƏCƏK
    11:37 4 Fev 2023
  • "Azma Group" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB -SƏBƏB
    11:34 4 Fev 2023
  • Naxçıvan Maliyyə Nazirliyində - YOXLAMA BAŞLAYIB
    11:32 4 Fev 2023
  • "Aklab Baku" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    11:28 4 Fev 2023
  • Gürcüstanda da - ÇÖRƏK BAHALAŞDI - STATİSTİKA
    11:25 4 Fev 2023
  • Bakı Metropoliteni – TENDER ELAN ETDİ
    11:20 4 Fev 2023
  • Azərbaycanda 18 min nəfərin ürəyi tibbi sığorta ilə - PULSUZ ƏMƏLİYYAT EDİLİB
    11:19 4 Fev 2023
  • Daşkəsən dəmir filizi yataqlarının - Rezervi Ciddi Artırılıb
    11:14 4 Fev 2023
  • Xətaidə yarımstansiyaların birindən 74 min manatlıq avadanlıq oğurlanıb
    11:13 4 Fev 2023
  • "Instagram"da mavi işarə - ÖDƏNİŞLİ OLACAQ
    11:03 4 Fev 2023
  • Pensiyaların artması üçün yenilik edilir - QANUNA DƏYİŞİKLİK
    10:56 4 Fev 2023
  • Dövlət Məşğulluq Agentliyi – TENDER ELAN ETDİ
    10:55 4 Fev 2023
  • Sumqayıtda gediş haqqının 20 qəpik artırılması ilə bağlı - AÇIQLAMA
    10:50 4 Fev 2023
  • Bakıdakı bu "Asan Xidmət"ə təmizlik xidmətinə 200 min manat xərclənəcək - TENDER NƏTİCƏSİ
    10:47 4 Fev 2023
  • Güclü qar Şamaxıda yolları bağlayıb – VİDEO
    10:47 4 Fev 2023
  • ABŞ rəsmisindən Türkiyə banklarına - XƏBƏRDARLIQ
    10:43 4 Fev 2023
  • “Azərişıq”dan –TENDER ELANI
    10:37 4 Fev 2023
  • ABŞ ilk dəfə olaraq rusiyalılardan müsadirə etdiyi aktivləri - UKRAYNAYA VERİB
    10:37 4 Fev 2023
  • Beynəlxalq aviaşirkətlər Azərbaycana yeni reyslər - TƏŞKİL EDƏCƏK
    10:33 4 Fev 2023
  • Aİ Rusiya neftinin - Tavan Qiymətini Müəyyənləşdirib
    10:30 4 Fev 2023
  • Meşələrin İnkişafı Xidməti - BÖYÜK TENDER ELAN ETDİ
    10:26 4 Fev 2023
  • «AzerGold»da 2022-ci ilin yekunları və qarşıdaкы vəzifələrə dair - MÜŞAVİRƏ KEÇİRİLİB
    10:26 4 Fev 2023
  • Özü yox, qiyməti göz yaşardır - VİDEO
    10:22 4 Fev 2023
  • Neft 2 dollardan çox ucuzlaşıb - SON QİYMƏT
    10:20 4 Fev 2023
  • "Digah Broyler" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ
    10:17 4 Fev 2023
  • Azərbaycanda partlayıcı maddələrin istehsalı zavodu tikiləcək
    10:12 4 Fev 2023
  • "Euro Holding" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB
    10:09 4 Fev 2023
  • Şadlıq sarayları qiymətləri artırdı - VİDEO
    10:07 4 Fev 2023
  • Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
    10:02 4 Fev 2023
  • "Nort Vest Konstrakşn" şirkəti - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    09:49 4 Fev 2023
  • "Sahil Trading" şirkəti - MƏHKƏMƏYƏ VERİLDİ -SƏBƏB
    09:42 4 Fev 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!