Azərbaycanın regionlarında kənd təsərrüfatının intensiv inkişafı iqtisadiyyatın diversifikasiyasının bir hissəsidir. Bura turizm, kənd təsərrüfatı, İT texnologiyaların inkişafı və s. daxildir. Azərbaycanda həm kənd təsərrüfatının inkişafına, həm də bu sahədə süni intellektin tətbiqinə çox böyük imkanlar var.
FED.az xəbər verir ki, bu barədə Sabah.Hub-ın nümayəndəsi Camal Hacıyev məlumat verib.
Bu imkanlara həm insan resursları, həm bilik bazası və infrastruktur daxildir. Azərbaycanda iqlim qurşaqlarının 9-u mövcuddur. Məsələ ondan ibarət ki, Sabah.Hub olaraq hər il daxil olan yeni startapların inkişaf strategiyasına, taktikalarına və istiqamətlərinə nəzər yetirəndə görürük ki, əksər hallarda su çatışmazlığı, ağıllı suvarma, IT texnologiyalarının tətbiqi, bəzi hallarda GIS inteqrasiyalarının nəzərdə tuturlar. Amma süni intelekt o qədər də inkişaf etmir. Bunun səbəbi nədən ibarətdir? Məsələ orasındadır ki, startap yaradanların əksəriyyəti gənc insanlar olur və o gənc insanların kənd təsərrüfatında konkret olaraq o dərinlikləri, detalları bilmir, təcrübəsi heç də həmişə yaxşı olmur. Düşünürəm ki, kənd təsərrüfatı sahəsində optimizasiya, avtomatlaşdırılma, yəni gündəlik rutin işlərin avtomatlaşdırılması, bura suvarma, rütubətin səviyyəsinə nəzarət və gübrənin həcminə nəzarət vacibdir. Bura daxildir simulyasiya, proqnozlaşdırma ki, gənc kadrlar əksər hallarda iqnor edir.
Hazırda Sabah.Hub-da aqrar sahədə üç startap var ki, onlar hələ ötən il ərzində 100 min manat investisiya əldə edib. (Azərtac)