Dünya təyyarə sənayesinin liderləri olan «Airbus» və «Boeing»ə yeni rəqib ortaya çıxıb.
FED.az xəbər verir ki, ABŞ-ın «Natlius» startapı iki mərtəbəsi olan və qanadının xüsusi formasına görə həm yük, həm də sərnişin daşıya bilən yeni təyyarənin istehsalı ilə bağlı planlarını açıqlayıb.
Yeni təyyarənin indiyədək olanlardan əsas fərqi, sərnişin və yük üçün daha geniş yerin olmasıdır. Bu amil yeni təyyarəni iqtisadi cəhətdən daha səmərəli etməlidir.
Hətta ölçüləri bir qədər kiçik olduğu halda, belə təyyarə «Boeing 757»-dən daha çox yük və sərnişin daşıya bilər. Belə təyyarənin qanadları həm də ayrıca bölmədir və burada də sərnişin və yük daşımaq olar.
«Natilus» startapının rəhbəri Aleksey Matyuşev bildirib ki, yeni təyyarənin forması daşıma xərclərini 50% azaltmağa imkan verəcək, üstəlik onunla 250 sərnişin daşımaq olacaq.
Hələlik bu ideya yalnız çertyoj şəklindədir, yeni təyyarələrin istehalına 20230-cu ildən başlamaq nəzərdə tutulur.
Təyyarənin konstruksiyasına görə, yüklər sərnişinlər yerləşən hissənin altında olacaq. Bu təyyarələr LD3 konteynerlərini də daşıya biləcək. Əsas fərq təyyarədə 2600 kub fut yük yerinin yaranmasıdır. Bu təqribən 74 kubmetrlik bir həcm deməkdir. Müqayisə üçün bildirək ki, hazırda «Boeing 737» və «Airbus A320»lərin uzunluğu 3 metr artıq olsa da, bu təyyarələrdəki yük yerinin həcmi 1300-1800 kub futdan artıq deyil.
Startapın yük yeri ilə bağlı təklif etdiyi yenilik olduqca vacibdir. Belə ki, hazırda yük daşımaları təyyarə biznesində əsas gəir mənbəyidir. Təyyarə şirkətlərinin gəlirlərinin böyük hissəsi məhz yüklərin daşınmasından çıxır. Xüsusilə son illər elektron ticarətin inkişafı təyyarə ilə yük daşımalarına tələbatı kəskin artırıb. Belə bir vəziyyətdə «Natlius» startapının təyyarələri həm «Airbus-Boeing»in çox illik monopoliyasını aradan qaldırmağa, həm də qarşıdakı 20 il ərzində əlavə 15 min təyyarəyə olan tələbatı ödəməyə imkan verə bilər.
«Natilus»un sahibləri iddia edir ki, onun gələcək «Evo» təyyarəsi indiki aeroportlara enib qalxa biləcək, eləcə də 4 min mil məsafəyə rahat uça biləcək. Sərnişinlər isə bu təyyarələrdəb 12 sıra ilə otura biləcəklər.
Statapın artıq «Kona» adlı ilk təyyarəsi var, onun üçün sifarişlər gəlməyə başlayıb, belə ki, Hindistanın aviaşirkətlərindən biri 100 ədəd belə təyyarə sifariş edib. «Natilus» isə növbəti layihə üçün 28 milyon dollar cəlb edib, amma bu yenir təyyarənin layihələndirilməsi üçün çox kiçikdir.
Belə ki, hazır platformalarda tikilən «Boeing 737 Max»ın layihələndirilməsi 2 milyard dollara, «Airbus A320neo»nun layihələndirilməsi isə 1 milyard dollara başa gəlib.



![«Airbus» və «Boeing»ə rəqib gəlir –[red]STARTAP YENİ TƏYYARƏ BURAXACAQ[/red] | FED.az](upload/news/small/39801.jpg)
![«Airbus» və «Boeing»ə rəqib gəlir –[red]STARTAP YENİ TƏYYARƏ BURAXACAQ[/red] | FED.az](upload/news/small/3743163.jpg)
![«Airbus» və «Boeing»ə rəqib gəlir –[red]STARTAP YENİ TƏYYARƏ BURAXACAQ[/red] | FED.az](upload/news/small/3825597.jpg)
![«Airbus» və «Boeing»ə rəqib gəlir –[red]STARTAP YENİ TƏYYARƏ BURAXACAQ[/red] | FED.az](upload/news/small/2875523.jpg)








