Yeni doğulmuş uşaqların sayının azalması fonunda 65 yaşdan yuxarı yaşda olan əhalinin sayında müsbət dinamikanın mövcudluğu əhali arasında yaşlanmanın baş verdiyini əks etdirir ki, bu da eyni zamanda daha çox şəxsin pensiya ilə təmin edilməsi və pensiya yükünün artması anlamına gəlməklə maliyyə dayanıqlılığına təsir göstərən risk amilidir.
Deputatdan pensiya kapitalı ilə bağlı - TƏKLİF
FED.az xəbər verir ki, bu Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.
Qeyd edilib ki, Statistika Komitəsinin məlumatlarına əsasən Azərbaycanda əmək qabiliyyətli yaşda olan əhalinin hər 100 nəfərinə 2022-ci ildə 12,7 nəfər, 2023-cü ildə 13,6 nəfər, cari ildə isə 14,7 nəfər düşüb. Yaşı 65-dən yuxarı olan əhali sayının artması davamında əmək pensiyası alan şəxslərin say göstəricisinin, habelə ölkə üzrə pensiya yükünün də artmasını şərtləndirir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əmək pensiyaçılarının sayı 0,4%, yaşı 65 və daha yüksək olan pensiyaçıların sayı isə 11,8% artım tempinə malik olmuşdur. Eyni zamanda əmək pensiyalarının yaşa görə növü üzrə müvafiq artım 8,5%, əlilliyə görə növü üzrə 23,2%, ailə başçısını itirməyə görə növü üzrə isə 30,9% təşkil etmişdir. Ailə başçısını itirməyə görə pensiya növündə artım tempinin yüksək olması 65 yaşa çatmış şəxslərin müəyyən hissəsinin pensiyasının yaşa görə pensiya növündən ailə başçısını itirməyə görə pensiya növünə dəyişdirməsi və ya yaşa görə pensiya təyinatı üçün tələb olunan yaş həddinə çatdıqda birbaşa olaraq şəxsə istəyi əsasında ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, ötən ilin 01 iyul tarixi ilə müqayisədə cari ildə artım tendensiyası yaşı 77-dən yuxarı olan pensiyaçılar üzrə də davam etmişdir. Belə ki, müvafiq dövr üzrə 77 və daha yuxarı yaşda olan pensiyaçıların sayı 2860 nəfər və ya 2,1% səviyyəsində artım tempinə malik olmuşdur.
Son illərdə ölkədə hökm sürən iqtisadi stabillik həm əmək haqqı göstəricilərinin, həm də pensiya və müavinətlərin artım tempinə malik olmasını təmin etmişdir. Əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlişi yuxarıda da qeyd olunduğu kimi insanların uzunömürlü həyat sürməsini təmin etmişdir. Müvafiq hal isə öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir.
Fondun gələcək illərdə dayanıqlığın təmin olunması məqsədilə həyata keçirəcəyi islahatlar zamanı müvafiq amilin mövcudluğu diqqət mərkəzində saxlanılmalıdır.