HR sahəsi üzrə tanınmış mütəxəssis, BP-nin baş ofisində məsul vəzifədə çalışan, hər bir azərbaycanlının fəxr edəcəyi Leyla xanım Novruzova HR işilə bağlı suallarını cavablandırıb.
- Leyla xanım, xahiş edirik, uğurlu karyeranız haqqında saytımızın oxucularına qısa da olsa, məlumat verərdiniz.
- Əmək fəaliyyətimə 25 il bundan öncə başlamışam. 2000-ci ildən, düz 18 ildir ki, insan resursları sahəsində fəaliyyət göstərirərm. İş təcrübəmdə ölkəmizlə yanaşı, xarici ölkələrdə çalışmaq da var: 4 il Rusiyada, 3 il ABŞ-da, qısa müddət Pakistanda çalışmışam. 5 il BP-nın AGT (Azerbaijan, Georgia, Turkey) regionu üzrə insan resursları üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2 aydır ki, AGT Region at BP Exploration (Caspian Sea) Ltd HR VP direktoru təyin edildiyimə görə 01 avqust 2018-ci ildən Londona köçməli oldum. Hal-hazırda baş ofisdə çalışıram.
- Son zamanlar ölkəmizdə HR sahəsində karyerasını qurmaq istəyənlərin sayı ildən-ilə artır. Sizcə, yaxşı HR mütəxəssisi olmaq üçün hansı əsas xüsusiyyətlərə malik olmaq vacibdir?
- Fikrimizcə, vəzifəsindən asılı olmayaraq, hər bir işçi calışdığın vəzifədə işini ən yüksək səviyyədə icra etməyə çalımalıdır. İş prosesində yaranan imkanlardan da istifadə etməyi bacarmaq lazımdır. Bəzən insanlar hər hansı imkan yarananda tərəddüd edir ki, 2 və ya 5 ildən sonra bu imkanlar mənə nə verəcək. Məncə, hər işçi onun üçün yaranan imkanları düzgün qiymətləndirərək istifadə etməlidir.
Yaxşı HR mütəxəssisi olmaq üçün, ilk növbədə çalışdığı təşkilatı yaxşı anlamaq lazımdır. HR mütəxəssisi təşkilatın əsas fəaliyyəti haqqında məlumatlı olmalıdır, bilməlidir ki, təşkilatın biznesi nə ilə “nəfəs alır” və biznesin inkişafına necə kömək edə bilər. Yalnız bu halda o işçilərin biznesin sahələr üzrə düzgün təyinatla işləməsinə dəstək ola biləcək. İşçi seçimləri “Right people, Right roles” prinspi ilə olmalıdır. Əgər HR mütəxəssisdə bu qabiliyyət varsa, o zaman həm onun karyerası, həm də təşkilatın biznesi uğurlu olacaq.
HR mütəxəssislərinin 2-ci əsas xususiyyəti onların ədalətli olmasıdır. O çətin situasiyalarda tərəf tutmamalıdır. Faktlara araşdırıb, tərəfləri dinləyib ədalətli qərar verməlidir.
HR mütəxəssisinin üçüncü əsas xüsusiyyəti kimi onların “flexability” olmalarını, yəni, adaptasiya və dəyişikliklərə uyğun hərəkətlər etmələrinin vacibliyini qeyd edərdim. Düzdür, HR-mütəxəssisləri müəyyən prosedur və qaydalarla işləyir, amma bəzi hallarda onlar həmin qaydalardan kənara çıxmaqdan qorxmamalıdır.
- Sizin HR sahəsində xarici təcrübəniz olduğunu əsas tutaraq bu sualı vermək istəyirik. Son zamanlar belə fikir formalaşıb ki, ölkəmizin HR sistemi normal inkişaf etmiş ölkələrdən çox geri qalır. Sizcə, doğrudan da vəziyyət belədir?
Bəli, düzgün fikirdir. SSRİ dağılandan elə də çox vaxt keçməyib, HR sistemlərində sovetin havası hələ də qalır. Xatırlayırsınızsa, o zamanlar indiki HR sisteminə kargüzarlıq kimi baxırdılar. Həmin vaxtlarda indiki HR mütəxəssislər daha çox sənədlərin doldurulması (əmək kitabçaları, qeydiyyat kitablarının və əmrlərin yazılması və s.) işlərilə məşğul idilər. İnkişaf etmiş ölkələrdə HR mütəxəssisi təmsil etdiyi təşkilatın işçilərinin inkişafına cavabdehdir. HR mütəxəssisinin vəzifələri düzgün işçi seçimi, işçinin inkişafını təmin edilməsi, düzgün vəzifələrə təyin olunması və nəhayət kadr axının qarşısını almaqdır. Bu səbəbdən də, HR mütəxəssisi strateji düşünməlidir ki, şirkəti gücləndirmək üçün hansı addımlar atsın. Sənədləşmə və inzibati işlərlə məşğul olmaq HR mütəxəssisinin yox, onun tabeçiliyində olan işçilərin vəzifəsi olmalıdır. 3 ilə yaxın “AmCham Azerbaijan”ın HR komitəsinə rəhbərlik etmişəm. İctimai əsaslarla calışdığım bu vəzifədə məqsədim xarici ölkələrdə qazandığım bilikləri yerli HR mütəxəssislərinə çatdırımaq idi. “AmCham”a üzv olan təşkilatların bəzilərinin bu sahədəki mütəxəssisilərinin yüksək bilikləri olsa da, bəziləri baza biliklərinə malik idi. O zaman HR komitəsinin köməyi ilə bir çox müəssisələrdə düzgün HR sisteminin formalaşdırılmasını təmin etdik. Sualınıza cavaba olaraq onu da deyim ki, əvvəlki dövrə nisbətən müsbətə doğru çox dəyişikliklər olub.
- Leyla xanım, sözünüzə qüvvət, sovet dövründə müəssisə rəhbərləri HR mütəxəsisilərinə “kargüzar” kimi baxılırdır. Bəs indi necədir? Rəhbərlərin baxışı çoxmu dəyişib?
Fikrimcə, şəffaf və düzgün fəaliyyət göstərən istənilən təşkilatın rəhbəri HR sisteminin güclü olmasında maraqlıdır və o, idaretmə ilə bağlı qərarların verilməsində HR mütəxəssisinin iştirakını məmnuniyyətlə təmin edər. Cünki hər bir təşkilat üçün ən vacib məsələ insan kapitalıdır. Yaxşı maliyyə dayağı və düzgü biznes fəaliyyəti olan təşkilatda işçilər düzgün seçilməzsə və uyğun vəzifələrə təyin olmazsa, bu şirkətin ömrünün qısa olacağı şübhəsizdir. Düzgün qeyd edirsiniz, təəssüf ki, ölkəmizdə bəzi rəhbərlər düşünür ki, HR mütəxəssisləri, sadəcə kargüzarlıqla məşğul olmalıdır. Sovet dövrünün təsirindən çıxıb qərbyönümlü idarəetmə sistemini tətbiq edən təşkilatlarda artıq bu yanaşmalar aradan qaldırılıb. Təbii ki, bu məsələdə HR mütəxəssisinin bilik və bacarığı da əsasdır. HR mütəxəssisinin düzgün strateji baxışı və düzgün işçi seçimi qabiliyyəti olmalıdır. O halda rəhbərlik düşünəcək ki, HR mütəxəssisinin düzgün seçimi nəticəsində təyin olunan işçi onun biznes gəlirlərin artmasında və şirkətin inkişafında faydalı oldu. Yekun olaraq, bildirmək istəyirəm ki, hər bir təşkilatda HR sisteminin güclü inkişafı rəhbərlik qədər HR mütəxəsssisindən də asılıdır.
- Leyla xanım, Siz bildirdiniz ki, HR mütəxəssisinin əsas funksiyalarından biri kadr axınının qarşısının almaqdır. Sizin fikirləriniz maraqlıdır, HR mütəxəssislər qiymətləndirmə prosselərində hansı alətlərdən istifadə etməlidirlər ki, işçinin təşkilatyönünmlülüyü təmin olunsun?
(Ardı var)
mks.az