Bəzən yaş amili, bəzən də qabiliyyətləriniz nöqteyi-nəzərdən özümüzü qiymətləndiririk və bacaracağımız işlər haqda yanlış qənaətə gələ bilərik.
Fəaliyyət göstərmək istədiyimiz sahədə bizdən yaşca böyük insanlar mövcuddur. Ya da iş həyatına atılan insanların ortalama yaşı sizin yaşınızdan çoxdur. Uğur qazanmaq üçün aylara və ya illərə ehtiyacımız var. Yanlışdır!…
Eləcə də bax: İş müsahibələri həyəcanından necə xilas olmaq olar?
Düşüncələrinizi özünə güvənlə yoğurub, çalışmalarınızla canlılıq qazandırdıqdan sonra müvəffəq olmaq üçün tələb edilən mütləq yaş həddindən söz gedə bilməz. Tarixin hər səhnəsi bunu təsdiqləyəcək nümunələrlə doludur:
- Şah İsmayıl Xətai Səfəvi dövlətini qurarkən 13 yaşında idi.
- Napoleon Bonapart İtaliyanı 27 yaşında işğal etmişdi.
- Fateh Sultan Məhməd Bizans imperiyasının paytaxtı Konstantinopolu fəth edərkən 21 yaşında idi.
- Uilliam Pitt 24 yaşında İngiltərənin baş naziri olmuşdu.
- Motsart konsert verməyə başladığında 6 yaşı var idi.
- Corc Fridrix Haendal ilk operasını 14 yaşında yazmışdı.
- Frensis Bekon şah əsəri “Noum Orqanum”u 15 yaşında yazmışdı.
- “Dell” şirkətini təsis edərkən Maykl Dell-in 19 yaşı var idi.
- “Google”un təsisçiləri Laurens E. Peyc və Serqey M. Brin bu təşəbbüslərinə başladıqları zaman 22 yaşındaydılar.
- Dünyanın ən zəngin insanı Bill Qeyts onu bu uğura götürən şirkətini qurarkən 19 yaşında idi.
Digərlərində gördüyünüz üstün xüsusiyyətlər ideallarınızı iflic vəziyyətə salar və inamsızlıq bütün gücüylə mənliyinizə hökm etməyə başlayar. “O, məndən daha qabiliyyətlidir”, “Ondakı qabiliyyətlər məndə olsaydı,…”, “Heyf ki, bu işlər mənlik deyil”, “Çox istərdim, amma…”, “Real fikirləşmək lazımdır, mən bu işlərin adamı deyiləm”.
Varlığınızı davam etdirsəniz belə, düşüncə platformasında tükənmiş vəziyyətdəsiniz. Özünüzü bacardığınız qədər kiçik görməyiniz buna dəlalət edir. Halbuki dünyada normal insanların belə sahib olduqlarından daha azına sahib olaraq müvəffəqiyyətə imza atan minlərlə insan yaşamışdır.
- İngilis şairi Con Milton “İtirlmiş cənnət” adlı abidəvi əsərini yazarkən tamam kor idi.
- Franklin D. Ruzvelt gəncliyində uşaq paralici olduğundan gəzə bilmirdi. O, bunu əngəl bilməmiş və əzmi sayəsində dörd dəfə ABŞ prizdenti seçilmişdi.
- Bethoven 9-cu simfoniyasını bəstələyərkən tamam kar idi.
- Motsart ən böyük operalarını bəstələyərkən borc və xəstəlik içində idi.
- Böyük alman dramaturqu Şiller ən böyük tradegiyalarını dözülməz ağrılar içində yazmışdı.
Bəs, siz?… Qəbul edin, uğur qazanmaq üçün daha şanslısınız. Bu və ya digər şəkildə sizə özünüzü kiçik göstərən bütün fikirlər sadacə yanlış təvəhhümdən ibarətdir. Riçard Bernediki “Bir insanın özünə edəcəyi ən böyük pislik özünü kiçik görməsidir”, – deyir. Nə qədər böyük yaradıldığımızın fərqində belə deyilik. Yaradıcımız Kitabında “Biz insanı ən gözəl biçimdə yaratdıq”, – buyurur. `53:4`Ən gözəl biçimdə yaradılan insan özünü necə kiçik görə bilər ki?!.. Ölkə başçısı sizi şəxsən tanısa, özünüzü önəmli biri zənn edərsiniz. Kainatı Yaradan sizi tanımaqla kifayətlənmir, razı olduğu hər gözəl əməlinizdən mələklərinə tərifləyərək bəhs açır. Elə isə, siz böyük deyilsinizmi?
Ramil Suleymanov