Türkiyədə yaşamaga başlayanda məni ən çox təəccübləndirən məsələlərdən biri burada əhalinin ayrı-ayrı təbəqələrinə verilən sosial dəstək üsulları idi. FED.az-ın İstanbuldakı xüsusi müxbiri yazır ki, bu üsullara tibbi sığorta, pensiya və ilk dəfə Türkiyədə eşitdiyim «yetim aylığı» adlanan ödəniş aiddir.
Saglıq güvəndə
Türkiyədə tibbi sığorta yüksək səviyyədə çalışır və onun sayəsində insanların səhiyyə sistemi ilə baglı problemi yoxdur. Burda dövlət xəstəxanaları pulsuzdur, istənilən şəxs rahatlıqla müayinə və müalicə ala bilir.
18 yaşına çatmayan hər bir vətəndaş sıgortası olmasa belə, səhiyyə sistemindən yararlanır, bu yaşa qədər hər kəsə sıgorta olmadan da pulsuz xidmət olunur. Azyaşlı uşaqlar isə ana və ya atanın sıgortasından yararlana bilir. Məsələn, mən Türkiyə vətəndaşı deyiləm və bu ölkədə saglıq sıgortam yoxdur. Xarici vətəndaş sayılsam belə, bu ölkəyə gəldiyim ilk gündən həyat yoldaşımın sıgortasından yararlanır və xəstəxanalarda müayinə edilirəm.
Eləcə də bax: Azərbaycanda maneələri aşan qadınların - UĞUR HEKAYƏLƏRİ
Həkimdən vaxt almaq imkanı
Türkiyədə tibbi xidmət təkcə pulsuz deyil, həm də xəstəxanalar çox sistemli çalışır. Səhiyyə nazirliyinin 182 «Randevu Xidməti» fəaliyyət göstərir. Türkiyə vətəndaşı olan və ya burada müvəqqəti kimliklə yaşayan minlərlə xarici vətəndaş Randevu Xidməti ilə istənilən dövlət xəstəxanasına aidiyyatı üzrə həkimə randevu ala bilir. Randevu alındıqdan sonra verilən saatda xəstəxanaya gedilir və nomrə alınaraq, növbəyə dayanır. Növbə çatanda isə baykot nomrəsi ilə müayinə olunur, qan təhlilləri verilir. Alınan randevu 10 gün ərzində keçərlidir. Bu 10 gün içində mülicənizin göstərdiyi əks təsir və ya başqa problemlər olursa yenidən randevu almadan həkiminizə müraciət edə bilirsiniz.
Sıgortan yoxsa evlənmə
Qeyd edim ki, istənilən xəstəxanada 65 yaşdan artıq olanlara, şəhid ailələri, qazilər və onların övladlarına üstünlük verilir. Bu arada artıq dövlət vətəndaşlara yeni bir sistem yaradıb. MHRS adlanan sistemdən qeydiyyatdan keçən vətəndaşların 182 xidmətini aramaga ehtiyacı qalmır. İstənilən şəxs internet üzərindən həkimi seçir, randevu alır və veriyi qan və digər analizlərin cavabını da randevu koduyla internetdən izləyə bilir.
Saglıq sıgortan varsa apteklərdə də dərmanları endirimlə alırsan. Bundan başqa daimi istifadə etdiyin, bir ömür boyu (6 ay, 1 il, 3 ay hətta 1 ay belə ola bilər) istifadə etdiyin dərmanlara xəstəxanadan xüsusi resept verilir. Bu sənədə uygun olaraq apteklər vətəndaşa dərmanları pulsuz təmin edir.
Türkiyədə artıq bu sistem o qədər inkişaf edib ki, hətta elçiliyə gələn ailələrdən «oglunun təhsili, evi varmı?» sualı yerinə «sıgortası varmı?» deyə soruşurlar.
Əmək pensiyası – minimum 231 dollar
Türkiyədə əməkli sıgortası - sosial sığorta məcburidir. Azərbaycanda olduğu kimi, Türkiyədə də sosial sığorta, adamların pensiyaya çıxmasından sonra təqaüd alması üçündür. Amma burada şərtlər bir qədər fərqlidir. İş həyatının ən azı onda doqquzu qədər qanuni saglıq sıgortası ilə yaşayan insanlar bundan rahatlıqla faydalanır. Dul qadın və ya kişi, yetimlərə baglanan əməkli maaşında isə vəfat edən insanın keçmişdəki sıgortasının gününü doldurması gərəkir. Qeyd edim ki, 2000-ci ildə qəbul edilən müvafiq qanuna görə əməkli olmaq üçün 7 min iş günün olması və sıgortanın ödənməsi vacibdir. Sığorta günü dolmayan insanlar da 65 yaşına çatanda əməkli – pensiyaçı olur, amma 7 min iş gününü dolduran insanla eyni pensiya ala bilmir. Ona görə də, Türkiyədə sıgorta çox önəmlidir. Qanuna görə, Türkiyədə pensiya yaşı qadınlar üçün 58, kişilər üçün 60 yaşdır. Amma 5 övladı olan qadınlar 48 yaşında pensiyaya çıxa bilər. Ölkədə minimum pensiya 1200 lirə və ya 230 dollar, maksimum pensiya 10 min lirə və ya 1920 dollar təşkil edir.
«Yetim aylıgı»
Türkiyədə «yetim aylgı» deyilən sosial dəstək növü də var. Bunu sadə şəkildə belə izah edim: «Məsələn, ölən həyat yoldaşı vaxtilə işləyib və sıgortalı olubsa, ya da pensiyaçı olduqdan sonra vəfat edibsə, onun ailəsi vəfat edənin maaşını almaqda davam edir. Əgər ailədə həm ata, həm də ana vəfat edibsə, övladlarından biri ya atanın, ya ananın maaşına baglana bilir. Çalışmayan və dövlətə sıgorta ödəməyən övlad da bu haqqa sahibdir. O övladın yaşı önəm daşımır. 80 yaşlı biri də 40 il əvvəl vəfat edən valideynin maaşını alma haqqına sahibdir. Təbii ki, vətndaş evli deyilsə və işləmirsə. Hər iki halda maaş kəsilir. Digər maraqlı detal: həm ana, həm də ata vəfat edibsə, onlardan hansının maaşını alacağını övlad özü həll edir. Adətən daha yüksək olan variant seçilir. Bundan başqa, əgər valideyninin maaşını alan şəxs işə düzəlibsə, bu maaş kəsilir, amma o nə vaxtsa işdən çıxanda, həmin maaş yenidən bərpa olunur.
Maaşlar necə verilir?
Dul həyat yoldaşı vəft etmiş yoldaşının maaşının (ya da vəfat edəndə pensiya alırdısa pensiyanın) 75 faizini alır. Dul qalmış qadının uşağı da varsa, onların hər biri vət edən atanın maaşının 60 və 30 faizini alır. 3 dən çox uşagı olan qadın və ya kişi isə maaşı 50/50 faiz olaraq bölüşürlər. Yəni tək uşagı olan 50, 2 uşagı olan 40, 3 dən çox uşagı olan qarşı tərəfin maaşını 100 fazi alır. Maaş 1000 türk lirəsindən az deyil.