Oksford universitetinin araşdırmaçı-alimlərin fikrincə, yaxın 20 il ərzində hazırda mövcud olan peşələrin 47%-i sıradan çıxacaq.
İnsanların əksəriyyəti ya ixtisaslarını dəyişməli, ya da öz ixtisaslarında olan rəqabətə tab gətirmək üçün texniki biliklərini artırmalı olacaqlar.
Gələcəyin peşələri sırasında
- Süni orqan mütəxəssisi;
- Pilotsuz avtosənaye mütəxəssisi;
- Süni intellekt üzrə mütəxəssis;
- Robot mühəndisliyi;
- Gen mühəndisliyi və s. sahələr yer alacaq.
Bu sahələrdə çalışan mühəndis və menecerlərin arasında qadınların sayı qat-qat azdır.
Dünya İqtisadi Formunun (WEF) statistikasına görə texniki sahələrdə işləyənlərin 4-də 1-ni qadınlar təşkil edir. Texniki peşələrdə idarəedici postlarda olan qadınlar isə bütün idarəçilərin cəmi 5 faizini təşkil edir. Bu çox kiçik rəqəmdir – səbəbi bir çox ölkələrdə bu peşələrin “qadın peşəsi” olaraq qəbul edilməməsi və validenylərin bu peşəni qızları üçün “çətin peşə” olaraq görmələridir.
Ancaq bu sahədə işləyən qadınlarla aparılan sorğular tam əksini göstərir.
Belə ki, «Deloitte» şirkətinin 2017-ci ildə keçirdiyi sorğuda texniki sahələrdə çalışan qadınlar peşələrindən məmnunluq dərəcəsinə görə dünyada 3-cü yeri tuturlar.
Sorğuda iştirak edən texniki peşələrdə işləyən qadınların 85% öz işlərindən məmnun olduqlarını və bu sahədə fəaliyyətlərini davam etmək istədiklərini bildiriblər.
Məmnun olma səbəbləri isə
• Fərqli və savadlı insanlar olan iş mühiti
• Rəqabətə davamlı əmək haqqı
• Sərbəst qrafik və ya dünyann istənilən yerində iş tapa bilmək imkanlarıdır.
Müəllif: Sevinc Ayaz