2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.
Gələn aydan pensiyalar bu qədər artacaq - AÇIQLAMA
FED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.