Azərbaycanda özəl sektorda ən çox hansı sahələrdə işçilərin sayının artıb azaldığı məlum olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il ölkədə muzdla işləyənlərin sayı 1 milyon 639,1 min nəfər təşkil edir. İlin əvvəlində bu göstərici 1 milyon 548,9 min nəfər idi. İlin əvvəlindən muzdla işləyənlərin sayında 90,2 min nəfər artım olub.
Eləcə də bax:Dövlət sektorunda işçilərin - ƏN ÇOX ARTDIĞI SAHƏLƏR – MƏLUM OLUB
Müqavilə ilə işləyənlərin böyük hissəsi hələ də dövlət sektorunu təmsil edir – işləyənlərin 909,5 min nəfəri və ya 55,5% dövlət sektorunda, 729,6 min nəfəri və ya 44,5% isə özəl sektorda çalışır.
FED.az-ın araşdırmasında məlum olub ki, 2018-ci illə müqayisədə bu il özəl sektorda çalışanların sayında ən çox artım emal sənayesi sahəsində olub. Belə ki, ötən il bu sahədə 89,5 min nəfər çalışdığı halda bu il bu rəqəm 14 min nəfər və ya 15,64% artaraq 103,5 min nəfər təşkil edib.
Özəl sektorda ikinci ən çox işçilərin sayı tikinti sektorunda olub. Belə ki, ötən il bu sahədə 75,7 min nəfər çalışdığı halda bu il bu rəqəqm 92,9 min nəfər təşkil edib ki, bu da əvvəliki ildən 16,50 min nəfər və ya 21,79% çoxdur.
Digər bir böyük artım peşə, elmi texniki fəaliyyət növündə olub. Ötən il bu sahədə 19,5 min nəfər çalışdığı halda bu il bu rəqəm 3,10 min nəfər və ya 15,89% artaraq 22,6 min nəfər təşkil edib.
Özəl sektorda digər sahələrdə artımlar kənd təsərrüfatı,mədənçıxarma sənayesi, elektrik enerjisis,qaz və buxar istehsalı, bölüşdürülməsi və tichizatı, tikinti, ticarət , nəqliyyat vasitələrinin təmiri, nəqliyyat və anbar təsərrüfatı, turistlərin yerləşdirilməsi və ictimai iaşə,informasiya və rabitə, maliyyə və sığorta fəaliyyəti, daşınmaz əmlakla əlaqədar əməliyyatlar,peşə elmi texniki fəaliyyət, inzibati yardımçı xidmətlərin göstərilməsi, təhsil, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, istirahət və əyləncə və incəsənət sahəsində fəaliyyət və digər sahələrdə xidmətin göstərilməsində olub.
Özəl sektorda yeganə azalma cəmi iki sektorda olub. Bunlar Su təchizatı, tullantılarının təmizlənməsi və emalı, dövlət idarəetməsi və sosial müdafiə sahələridir.
Ötən illə müqayisədə bu il su təchizatı, tullantılarının təmizlənməsi və emalı sahəsində çalışanların sayı 600 nəfər azalaraq 3,2 min nəfərdən 2,6 min nəfərə enib ki, bu da 18,75% azalma deməkdir.
Dövlət müdafiəsi və idarəetmə, sosial təminatda işləyənlərin sayı isə ötən illə müqayisədə 6200 nəfərdən 6100 nəfərə enib.