Karyeranızı harada davam etdirmək barədə əmin deyilsiniz? İstəyir karyeranızın başlanğıc mərhələsində olun, istərsə də ortasında istədiyiniz iş haqqında nə qədər çox şey bilsəz, o qədər sizin iş axtarışınız üçün yaxşı olacaq.
Əvvəla onu qeyd edim ki, bir iş və ya karyeraya başlamaq qərarı üçün ən yaxşı yol özünə bir-neçə vacib suallar verməkdir. Gəlin bu sualların hansılar olduğuna baxaq.
- Nə etməkdən xoşunuz gəlir?
Siz bacarıqlı olduğunuz bir işdə işlədikdə, zamanın necə keçdiyindən xəbəriniz olmayacaq.Ona görə də bu bacarıqlara yiyələnmək haqqında fikirləşməlisiniz.
Hansı sahədə özünüzün yaxşı olduğunu fikirləşirsiniz? Əvvəlcə bu suala cavab tapmalısınız.Çünki sualın cavabı sizin istiqamətinizi konkretləşdirəcək. Konkret bir istiqamət uğurlu karyera yolu deməkdir. Nəticədə siz getmək istədiyiniz kursları və əldə etməli olduğunuz bacarıqları müəyyən etmiş olacaqsınız.Yəni həkim olmaq istəyən birinin 1C kursuna başlaması qədər dünyada mənasız bir şey yoxdur, bu dediyim elə bir şeydir.
- Necə bir iş növüdür?
Ən vacib faktor axtardığınız işin sizə uyğun olması üçün onun növünü müəyyənləşdirməyinizdir. Əgər bu barədə məlumatınız yoxdursa, aşağıdakı yazını gözdən keçirək.
- Daimi iş
Əgər siz karyeranızda yüksəlmək üçün imkanlar axtarırsınızsa, daimi bir iş sizə bu istiqamətdə köməklik edəcəkdir.Siz işlədiyinizə görə həm şirkətdən maaş alacaqsınız, həm də ki, uzunmüddətli dövr üçün iştəhlükəsizliyiniz təmin olunacaq.
- Müvəqqəti iş
Müvəqqəti işlər çox zaman sizə geniş iş təcrübəsi qazandırır.
- Müqaviləli iş
Müqaviləli iş müvəqqəti işə çox bənzəyir.İşin sonunda əlavə gəlir imkanları və yeni bacarıqlar əldə etmək şansınız olur.
- Təcrübə proqramı
Təcrübə proqramları şirkətdə əlavə praktiki bacarıqların qazanılması üçündür.Bəzi hallarda ödənişli ola bilər. 8-12 həftəlik müddəti olur.
- Stajorluq
Əgər siz hər hansı bir təcrübəli şəxsdən iş barədə praktiki biliklər əldə etmək istəyirsinizsə stajorluq üçün müraciət edə bilərsiniz.
- Məzun proqramları
Bəzi şirkətlər universitet məzunlarına iş təcrübəsi üçün xususi proqramlar təklif edir.Bu proqramda adətən məzunlara təcrübə üçün daimi ödəniş edilir.Proqramın müddəti çox vaxt 3 illə məhdudlaşır.
- Könüllülük
Boş vaxtınızı səmərəli keçirmək üçün könüllük proqramları da mövcuddur.Bu proqram sayəsində sizə həm yeni bacarıqlar əldə edə, həm də karyeranızın istiqamətini müəyyənləşdirə bilərsiniz.
- Harada işləmək istəyirsiniz?
Çoxumuz istədiyimiz saatlarda işləyə bilmək üçün həyat tərzimizə uyğun iş yerləri axtarırıq.
Bir işə müraciət etmək istəyirsinizsə əvvəlcə onun yeri haqqında düşünməlisiniz. İş yerinə gedən nəqliyyat vasitələrini, nə qədər müddət yolda olacağınızı, orada hansı avtobus xidmətlərinin fəaliyyət göstərdiyini, hətta evinizi iş yerinə yaxın köçürməli olduğunuzu də nəzərə almalısınız. Əgər evinizin yerini işiniz üçün dəyişirsinizsə, bunu əvvəlcə işəgötürənə bildirməlisiniz, ya da evizinizin yerləşdiyi yeri öz CV-də mümkün qədər aydın qeyd etməlisiniz.
- Kim üçün çalışmaq istəyirsiniz?
İşinizi konkretləşdirmək üçün kim üçün çalışmaq istədiyinizi müəyyən edin.Əsasda nə istədiyiniz və nə istəmədiyiniz haqqında fikirləşin.
Aşağıdakı faktorlardan hansının sizin üçün önəmli olacağı haqqında düşünün. Bundan sonra isə sizə uyğun müəssisəni müəyyən edə biləcəksiniz.
- Fəaliyyət dairənizi genişləndirmək üçün böyük şirkətdə işləmək
- Daha tez təcrübə əldə etmək üçün kiçik şirkətdə işləmək
- Tanınmış şirkətdə işləmək
- Təlim proqramları olan bir şirkətdə işləmək
- Şirkət mədəniyyətinin üstün olduğu bir yerdə işləmək
- İşə necə müraciət etməlisiniz?
İşə müraciət üçün telefonla zəng edib məlumat əldə edə, şirkətin e-mailinə öz CV-nizi göndərə bilərsiniz.Necə müraciət etməyinizdən asılı olmayaraq, sizi işəgötürəcək insanlarla çalışın bir-başa təmasda olun.
Çünki işəgötürənlər onların şirkətinə maraqlı olan insanlarla çalışmaq istər, təbii ki, təkcə maraqla işə qəbul olmaq mümkün deyil, ən azı heç olmasa şirkətin məhsul və xidmətlərini və hansı sektor üzrə fəaliyyət göstərdiyini bilməlisiniz.
- Nə qədər qazanmaq fikriniz var?
Bütün bunlardan sonra əsas məsələ hədəflədiyiniz maaşdır. Pul hər şey deyil əsas olan təcrübə əldə etməkdir yazmayacam, əsas olan sizin nə qazandığınızdır.
İlk öncə özünüzə bir hədəf olaraq istədiyiniz maaşı müəyyən edin, çalışın axtardığınız iş ya o maaşdan bir az aşağı olsun, ya da bir az yuxarı.Amma sizdən xahişim odur ki, biraz real olun.
Düzdür sonda siz işəgötürənin təklif etdiyi məvacib ilə razılaşacaqsınız, amma heç olmasa aldığınızla istədiyinizin fərqini görmüş olacaqsınız.Ya da ki, sizə yeni bir iş təklifi gəldikdə istədiyiniz maaş haqqında işəgötürənlə müzakirə edə bilərsiniz.
Yuxarıdakıları oxudunuzsa, artıq iş axtarmağa başlaya bilərsiniz. Mənə düşən yazmaq idi, sizə də düşən yuxarıdakılara əməl edərək iş tapmaq olacaq. Nə mənim əlim dərd görsün, nə də sizin. Uğurlar