Azərbaycandakı sahibkarlar, o cümlədən xarici iş adamları ölkədəki işlər üçün xaricdən işçi cəlb edərkən bəzən miqrasiya qanunvericiliyinin tələblərinə əməl etmirlər. FED.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)” toplantısında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın miqrasiya qanunvericiliyi ilbəil təkmilləşdirilir, dünyadakı mütərəqqi təcrübələr ölkəmizin reallıqlarına uyğun olaraq tətbiq edilir. hazırda Miqrasiya xidməti ölkədəki xarici iş adamları və birliklərlə sıx təmasda işləyir və ortaya çıxan bəzi məsələlər onların öz iştirakı ilə həll edilir.
İ.Abdullayev bildirib ki, Azərbaycanda böyük həcmli layihələrdə təmsil olunan əcnəbi şirkətlər ölkəyə işçi gətirərkən, Azərbaycan qanunvericiliyində mövcud olan 10 növ vizadan istifadə edə bilərlər: «Xaricilər ölkəyə gəlmək üçün 10 növ vizalardan birini seçməli, Azərbaycandakı fəaliyyətlərini də bu vizalara uyğunlaşdırmalıdırlar. Şirkətlər və onların HR menecerləri bu məsələni diqqətdə saxlamalıdırlar».
Amma bəzən bu tələblərə əməl edilmir: «Yatırım məqsədilə gələn xaricilər işgüzar vizalar almalıdırlar. Belə şəxslər bu vizalarla gəlib fəaliyyətlərini qanuniləşdirə bilərlər». İdarə rəsi bildirib ki, bəzi türk şirkətlər Türkiyədən Azərbaycana işləməyə miqrantlar dəvət edirlər: «Bu yaxşı hal olsa da, onların gəlməsində viza məsələsinə diqqət yetirilməlidir. Əməkçilik üçün əgələnlər əmək vizası ilə gəlməlidirlər».
Miqrasiya xidmətinin rəsmisi iş adamlarına digər məqamı da xatırladıb. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən, xaricilər bizim ölkədə oturum icazəsi alıbsa, onlar ölkədə yaşamalıdırlar: «Bəziləri hesab edir ki, belə icazəni alıblarsa, istənilən vaxt gəlib-gedə bilərlər. Amma oturum fəlsəfəsinə görə, əgər adam bir il müddətinə oturum aldığı ölkədə azı 90 gün yaşamayıbsa, deməli onların burada yaşamasına ehtiyac yoxdur. Bu qaydaya görə, 5 illik oturum alanlar isə bu dövrdə ölkədə 365 gün yaşamalılırlar. Əks halda belə çıxır ki, onların ölkədəki oturuma ehtiyacı yoxdur»-deyə Miqrasiya Xidmətinin rəsmisi bildirib.
İ.Abdullayev iş adamlarına xatırladıb ki, ölkədə işləməsinə icazə verilən xarici işçilərin – əməkçi miqrantların sayı Nazirlər Kabinetinin qərarı ilə hər il təsdiqlənir: «Hər bir sahə ilə bağlı kvota müəyyən edilib. Bu qərar hələ 2009-cu ildə qəbul edilib. Ötən il maart ayında isə baş nazirin qərarı ilə bu qaydalar daha da təkmilləşdirilib».
Adı çəkilən qərarlara görə, xaricdən işçi dəvət edən təşkilatlar hər il may ayının 1-dək ehtiyacları olduqları işçilərin sayı barədə məlumatları Miqrasiya Xidmətinə təqdim etməlidirlər: «Yəni proqnoz verməlidirlər ki, Azərbaycanda həyata keçirəcəkləri layihələr görə, nə qədər işçiyə tələbatları olacaq. Amma aparılan maarifləndimə işlərinə baxmayaraq bəzi təşkilatlar bu tələbləri unudurlar. Nəticələ biz avqust ayının sonunda hökumətə məlumat göndərdikdən sonra biz belə məlumatlar gəlir. Bu da qarşıdakı layihələrin həyğa keçiriləməsində texniki əngəl yaradır. Yaxşı olar ki, müəssisə rəhbərləri ölkəyə xaricdən işçi gətirəndə bu məsələni diqqətdə saxlasınlar»-deyə baş idarə rəisi vurğulayıb.
Miqrasiya Xidmətindən iş adamlarına irad – TƏLƏBLƏRƏ ƏMƏL ETMİRLƏR
10:02
3 Okt 2017