Qida məhsulları üzərində olan son istifadə tarixi onlarının yeyilə bilər yoxsa yeyilə bilməz olduğunu göstərdiyi kimi, həm də onların hansı istilik dərəcəsində saxlanacağına kömək olur. Həmişə məhsul qablaşdırılması üzərində olan son istifadə tarixinə inanmaq olmaz.
Bəs bu nədən irəli gəlir? - xain məhsul sövdələşməsi, yoxsa istehsalçının qayğıkeş sığortası? Kimə nə xeyirdisə onu da edir. Axı kimin üçün fərqi var istehlakçı sağlamlığı? Onların əsl istəyi istehsal etdikləri məhsuldan tez qurtulmaqdır. Məhsullar üzərindəki son istifadə tarixi həqiqətən də çox böyük önəm daşıyır.
FED.az son istifadə tarixi haqqında bilməli olduğunuz hər şeyi və son istifadə tarixi keçmiş qida məhsullarının ömrünün uzadılması üsulları haqda məqaləni tədim edir.
Bəlkə də bilmirsiniz, amma məhsulların üzərinə son istifadə tarixi qoyulması hüquqi olaraq məcburidir.
Son istifadə tarixi nədir?
- Qida məhsulunun rəfdəki ömrünü göstərir. Başqa cür desək məhsulun istehsal edildiyi tarixdən xarab olacaq tarixə qədər olan dövrüdür. Bir qida məshulu bir neçə müxtəlif səbəbdən pozula bilər. Səbəb nə olursa olsun qoruma üsullar ilə məhsulun vəziyyəti nəzarətdə tutulmalıdır. Bu üsullara misal olaraq soyutma, ya da dondurmanı deyə bilərik. Bu üsulun köməyi ilə məhsul uzun müddət yaxşı vəziyyətdə qalır. Sağlamlığınız üçün böyük risk yarada biləcək bu vəziyyət əsasən süd və ət məhsullarına aid edilir.
Tərkibində 10%-dən çox alkoqol olan şərab kimi məhsulların da üzərinə son istifadə tarixi qoyulur. Bu içkilərin son istifadə tarixi keçdikdə xarab olsa da, sağlamlığa heç bir ziyanı yoxdur.
Qida məhsullarında son istifadə tarixi necə müəyyan olunur?
Son istifadə tarixi hər məhsulda müxtəlifdir.
- 3 aydan çox saxlanmaması lazım olan məhsullar üzərində sadəcə gün və ay son istifadə tarixi olur.
- Əgər 3 aydan çox saxlana bilərsə, məhsul üzərində ay ilə yanaşı il də göstərilir.
Son istifadə tarixi bitmiş məhsullarla nə baş verir?
Öncəliklə bir məhsul rəfdə qaldıqca keyfiyyəti azalır. Bu bir çox səbəbdən baş verə bilər:
1. İstilik dəyişimi ilə;
2. Oksigen, qoxu və rəng kimi maddələrin qidaya fiziki artırılması ilə;
3. Günəş təsiri ilə yaranan dəyişikliklər.
Qida məhsullarının istiliyə qarşı olan həssaslıqları
Qida məhsullarının tez xarab olmasının qarşısını almaq üçün onların istiliyə qarşı olan həssaslıqlarına nəzər yetirmək vacib ünsürdür. Adətən 4 dərəcə və 70 dərəcə arasında mikrooqranizmlərin törəməsi baş verir. Bu hadisə baş verən zaman məhsulların xarab olması bir neçə saat içində baş verir. Bunun qarşısının almaq üçün bəzi faktorlara əməl etmək vacibdir:
- Saxlama istiliyini mövcud mikrooqranizmlərin yaranmayacağı şəraitə uyğunlaşdırın;
- Qida məhsullarını 2C ilə 6C arasındakı istilikdə saxlayın.
Qida məhsullarının son istifadə tarixinin uzadılması üsulları
Bəs məhsulların ömrünü uzatmaq olar mı? Əlbəttə, bunun üçün bəzi qaydalara əməl etmək lazım gəlir. Qida məhsullarının saxlanma şəraiti də onların xüsusiyyətlərinə görə dəyişir.
Məsələn, qara çayı açıq şəkildə saxlamaq olmaz. Çünki açıq qaldığı vəziyyətdə kənar qoxuları özünə çəkir. Amma yaşıl çayın ömrünü uzatmaq istəyirsinizsə onu soyuducuda saxlamalısınız. Soyuq məkanda o turşumur və günəş istiliyindən təsirlənmir. Yumurtanı soyuducu qapısında deyil, soyuducunun yuxarı rəfində saxlamaq məsləhətlidir. Beləliklə onun saxlanma müddəti üzərində istehsalçıların yazdığı 25 gündən daha çox olur.
Bu kimi qida məhsullarının spesifik xüsusiyyətlərini bildikdə ,siz həm məhsullarınızın ömrünü uzatmış olacaqsınız, həm də sağlamlığınızı qoruyacaqsınız.