Rusiyada işə qəbul agentlikləri qeyri-MDB ölkələrindən - Hindistan, Pakistan və hətta Şimali Koreyadan olan işçilərə tələbatın artdığını qeyd edir.
Onların çoxu rus dilini bilmir və işə rəsmi qeydiyyatı prosesi daha çətindir, amma MDB ölkələrindən olan işçilərin xaricə və ya öz ölkələrinə axını və onların əmək haqqı tələblərinin artması fonunda şirkətlər yeni işçiləri işə götürməyə hazırdılar.
FED.az biznes və maliyyə xəbərləri portalı Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu, müharibədən sonra tətbiq edilən sanksiyalar fonunda ölkədə yaranan iqtisadi çətinliklər əmək bazarına də təsir edib. Rublun zəifləməsi nəticəsində artıq Rusiyadakı maaşlar xaricdən gələn işçilər üçün sərfəli deyil və bəziləri Rusiya bazarına tərk edir. Rusiyanın əmək bazarında yeni proseslər – işçilərin dəyişməsi başlayıb.
MDB ölkələrindən olan işçilər Rusiyanı tərk edirlər
Son illər MDB ölkələrinin vətəndaşlarının işləmək üçün Rusiyaya gəlişi azalıb. Moskvadakı özbək diasporunun rəhbəri Bəhrom İsmayılov bildirir ki, rublun zəifləməsi ilə əlaqədar olaraq onların gəlirləri azalaraq Özbəkistandakı maaşlara yaxınlaşıb. Nəticədə bəzi özbək işçilər ya vətənə qayıtmağa, bəziləri isə şanslarını Avropa İttifaqı ölkələrində sınamağa qərar verirlər.
Vəziyyət artıq əmək bazarına təsir edib: məsələn, keçən yayın sonunda Leninqrad vilayətindəki Sinyavinskaya quşçuluq ferması bağlanmaq ərəfəsində idi. Şirkət işçi qüvvəsi çatışmazlığını əsas gətirərək, pərakəndə satıcılara daşınmaların pozulması riskləri barədə əvvəlcədən xəbərdarlıq edib. Burada miqrantların getməsi ilə bağlı kadr çatışmazlığı 25 faizə çatıb.
Kadr itkisi təhlükəsi təkcə kənd təsərrüfatı sektorunu vurmur, bu problemlə ictimai iaşə, pərakəndə satış, taksilər də üzləşib. «Əvvəllər pul qazandığımı hiss edirdim, qızı restorana dəvət edə bilərdim, indi isə aldığım pulla ancaq evə bilet ala bilirəm”, - Rusiyada 12 ildir ki, işləyən azərbaycanlı taksi sürücüsü işdən ayrılma səbəbini izah edir.
Yanvarın əvvəlində daha çox qonşu ölkələrdən olan işçilərin təmsil olunduğu mənzil-kommunal təsərrüfatı sektorunda işçi çatışmazlığı barədə məlumat yayılıb. Ölkədə işləmək üçün qalan miqrantların bir çoxu qapıçılıqdan kuryerliyə keçməyə qərar veriblər. Mənzil və Kommunal Təsərrüfatda İdarəetmə Şirkətləri Gildiyasının icraçı direktoru Vera Moskvina bildirir ki, kuryerlərin maaşı az qala iki dəfə yüksəkdir və işin özü də daha asandır, bu da iş yerlərinin dəyişməsinə səbəb olur.
2023-cü ilin birinci yarısında Rusiyaya bir il əvvəlkindən 50 min az xarici işçi daxil olub. Buna baxmayaraq, əcnəbilərə verilən iş icazələrinin sayı 20 faiz artaraq 110,5 minə çatıb. Ekspertlərin fikrincə, sənədlərdəki bu artım işçilərin sayının artması ilə deyil, daha çox qanunların sərtləşməsi və nəzarətin artması, nəticədə işçilərin sənədləşməsi ilə bağlıdır.
Miqrantlar azaldığına görə, ölkədə işçi qıtlığına yaxın vəziyyət yaranıb. Ümumrusiya Əmək İnstitutunun baş direktoru Dmitri Platıgin bildirib ki, ötən il ölkədə işsizlik səviyyəsi 1992-ci ildəki rekord səviyyədən sonra indiyədək ən aşağı həddə çatıb - 3,2 faiz. Şirkətlər kadr çatışmazlığı hiss etməkdə davam edir və bu da əməkhaqqının artımına səbəb olur. Sentyabrda Rusiya Federasiyasında orta nominal əmək haqqı 70,9 min rubl (təqribən 710 dollar) təşkil edib ki, bu da Rosstatın məlumatına görə, əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.
Əmək miqrantları işləmək üçün Rusiya əvəzinə Avropaya və Cənubi Koreyaya axışırlar
İşçilərin xaricə axınına təkcə rublun məzənnəsinin zəifləməsi deyil, həm də digər dövlətlərin hakimiyyət orqanları tərəfindən əmək miqrasiyasının fəal şəkildə təşviqi səbəb olur, BRICS Mobility beynəlxalq layihəsinin rəhbəri Natalya Verşinina bildirir ki, «Məsələn, Qırğızıstan vətəndaşları bizə gəlmək əvəzinə, indi tez-tez Avropa Birliyinə işləməyə gedirlər. Özbəkistan vətəndaşları Cənubi Koreyaya səyahət edirlər və bu, onlar üçün çox populyar bir yerdir. Ona görə də Rusiyanın əmək miqrantları üçün kifayət qədər ciddi rəqibləri yaranıb».
İllər ərzində bir çox Rusiya işəgötürənləri müəyyən ölkələrdən - yalnız Özbəkistandan və ya yalnız Qırğızıstandan olan miqrantları cəlb etmək üçün müəyyən üstünlüklər hazırlayıblar. Altı ay əvvəl isə analitiklər yerli şirkətlərə məsləhət görüblər ki, İndoneziya, İran və Hindistandan olan işçilərə daha çox diqqət yetirsinlər. Daha sonra Rusiya biznesinin nümayəndələri dil baryeri və mentalitet fərqliliyi səbəbindən belə işçilərin uyğunlaşmasının mümkünlüyünə şübhə ilə yanaşdılar.
“Rusiya şirkətləri artıq MDB-dən gələn miqrantlara öyrəşiblər, adət-ənənələrini, işə münasibətini, xarakterlərini bilirlər. İllər ərzində bir çoxları hətta müəyyən ölkələrdən - yalnız Özbəkistandan və ya yalnız Qırğızıstandan olan miqrantları cəlb etmək üçün müəyyən üstünlüklər hazırlayıblar”, - Migranto.ru portalının rəhbəri Svetlana Salamova deyir.
«Cəmi bir il əvvəl yerli biznes seqmentinin nümayəndələrinə, məsələn, Cənubi Afrikadan işçilərin cəlb edilməsinin üstünlükləri barədə məlumat verilməli idi. Biz izah etməli olduq ki, öz vətənlərində aşağı yaşayış səviyyəsinə görə daha həvəslidirlər, uzun müddətə dərhal gəlirlər və işəgötürənləri dəyişməyə meylli deyillər».
Artıq Rusiya şirkətəri yeni ölkələrdən gələn işçilərə pis baxmırlar. Aqrar-sənaye kompleksinin, mədənçıxarma və kimya sənayesinin bir çox müəssisəsi artıq MDB-yə daxil olmayan ölkələrdən, o cümlədən Hindistan və Pakistandan işçiləri işə götürməyə hazır olduqlarını bildiriblər. «Ventra Industrial» işəgötürmə şirkətinin direktoru Olqa Tonkix bildirir ki, "Söhbət ixtisassız işçilərdən gedir: qablaşdıranlardan, konteyner yığanlardan, istehsal xətti operatorlarından və sair".
Rusiyanın böyük ticarət şəbəkələrindən olan «Magnit» də daha əvvəl oxşar planlarını açıqlamışdı. 2023-cü ilin noyabrında bu şirkət təkcə qonşu ölkələrdən deyil, həm də Hindistandan olan işçilərə maraq göstərərək, xətt işçilərinin işə qəbulunu elan etdi. “Gözlənilir ki, əcnəbilər əsasən logistik əməliyyatlara anbardar, toplayıcı, yükləyici və digər vəzifələrdə cəlb olunacaqlar”, - deyə pərakəndə satış şirkətinin mətbuat xidmətindən bildiriblər.
Hindlilər geyim istehsalı ilə məşğuldurlar
Rusiya Federasiyasına daxil olmaq və işləmək üçün viza tələb edən miqrantlar buraya əsasən üç ölkədən - Çin, Vyetnam və Hindistandan gəlirlər, - «Finval» şirkətinin uzaq xaric departamentinin rəhbəri Sergey Suvorov deyir.
Rusiyanın mərkəzi bölgələrində Çindən gələn əmək miqrantlarının sayı aşağıdır. Onlar öz mentalitetlərinə uyğun olaraq çinli işəgötürənləri seçərək, əsasən Uzaq Şərq və Sibirdə işləməyə üstünlük verirlər. Burada işləmək vyetnamlılar arasında çoxdan populyardır, lakin son illərdə vəziyyət dəyişməyə başlayıb. Artan həyat səviyyəsi ilə əlaqədar Vyetnam vətəndaşlarının maaşları artdı və onlar getdikcə “soyuq Rusiyaya” səyahət etməkdənsə vətənlərində işləməyə üstünlük verməyə başladılar.
Hindistanlılar Yaxın Şərq ölkələrində fəal işləyir və İsrail üçün yaxşı işləyirlər. İndi Rusiya onların arasında populyarlıq qazanır. Burada onlar çox vaxt kənd təsərrüfatı, geyim istehsalı sahəsində işləyirlər.
Hindistanda isə vəziyyət fərqlidir. Ölkədə aşağı yaşayış səviyyəsi və yüksək işsizlik var, üstəlik orada orta əmək haqqı cəmi 15 min rubl təşkil edir – təqribən 160 dollar (vəziyyətin bir qədər yaxşı olduğu Yeni Dehli istisna olmaqla). Nəticədə Rusiyadakı iş təklifləri hindlilər üçün çox cəlbedici görünür, ona görə də dili zəif bilmələri onlara mane olmur və ölkəyə əmək miqrasiyasının miqyası artır.
“Hindistanlılar Yaxın Şərq ölkələrində fəal işləyirlər: biz bunu bütün otel və restoranlarda görürük. Onlar tikintidə böyük tələbat olduğu İsraildə yaxşı işləyirlər. İndi isə Rusiya onların arasında populyarlıq qazanır. Burada çox vaxt kənd təsərrüfatı və geyim istehsalı olur”, - BRICS Mobility beynəlxalq layihəsinin rəhbəri deyir. Altay diyarında kadr problemi beləcə qismən həll olundu: artıq yüzə yaxın hindli tikişçi regional güzəştlər çərçivəsində yerli tikiş müəssisələrində işlə təmin olunub.
İşəgötürənlər “viza miqrantlarının” maaş gözləntilərini bəyənirlər
Orta gəlir səviyyəsi buradan aşağı olan ölkələrin nümayəndələri əsasən Rusiyaya getməyə hazırdırlar. Bazar iştirakçıları qeyd edirlər ki, gözlədikləri qazancın minimum səviyyəsi ayda 500 dollardır. Yerli işəgötürənlər üçün bu məbləğ olduqca məqbuldur. “Ötən il ölkəmizdə xətt işçilərinin əməkhaqlarının görünməmiş artımını göstərdi və yaxın gələcək üçün hələlik bunu proqnozlaşdırmaq mümkün deyil. Hindistan və Şimali Koreya vətəndaşları üçün gəlir gözləntiləri daha sabitdir”, - Welldone-un baş direktoru Artem Kireev qeyd edir.
Rusiya qanunvericiliyi eyni vəzifələrdə çalışan işçilərə fərqli maaşların verilməsini qadağan edir. Buna görə də, hissə-hissə ödəniş müqavilələri əsasən ziyarətçilərlə bağlanır və bazar iştirakçıları əcnəbilərin işə götürülməsinin incəliklərini bölüşürlər. Onların qazancları xüsusi parametrlərdən - işlənmiş saatların sayından, tikilmiş əşyalardan və ya məsələn, yığılmış tərəvəzlərdən asılıdır.
İqtisadi nöqteyi-nəzərdən qeyri-MDB ölkələrindən vətəndaşların cəlb edilməsi çox sərfəlidir: “viza miqrantlarının” maaş gözləntiləri MDB ölkələrindən olan vətəndaşlardan iki dəfə azdır, Salamova deyir.
Bununla belə, ekspertlər hesab edir ki, onlar Rusiyanın kadr problemini həll edə bilməyəcək. Çünki əcnəbi işçilərin işə götürülməsi prosesi bir çox çətinliklərlə doludur.
Ayda 500 dollar - Rusiyada miqrantların gözlədiyi minimum qazanc səviyyəsidir
Birinci çətinlik maliyyədir. Uzaq ölkələrdən vətəndaşların gətirilməsinin dəyəri MDB ölkələri ilə işləməkdən xeyli yüksəkdir. İşəgötürən miqrasiya sənədlərinin işlənməsi ilə məşğul olur, onlara Rusiyaya bilet alır (və bəzən mənzil də təşkil edir). Kiçik biznes üçün bu məbləğ çox vaxt mümkün olmur, ona görə də belə işçiləri əsasən orta və böyük biznes işə götürür.
İkinci çətinlik bu cür işçilərin qeydiyyatın prosesinin uzun olmasıdır. MDB vətəndaşları üçün Rusiya Federasiyasında iş icazəsi almaq 14 günə qədər çəkirsə, viza ölkələrindən olan işçilərlə prosedur üç aya qədər çəkə bilər.
“Hazırda Rusiyada işləmək üçün xarici vətəndaşın rəsmi qeydiyyata alınması olduqca çətindir. Bu, regiondan və fəaliyyət sahəsindən asılı olan böyük sənədlər paketi və kvotalardır”, - Excelsior Qrupunun HR direktoru Kseniya Yurkova müzakirələrə qoşulur.
O qeyd edir ki, əksər müəssisələrin bu cür prosesləri təşkil etmək üçün kifayət qədər inzibati resursları yoxdur, ona görə də “ağ maaşla” işləyənlərin çoxu işsiz qalır. Sonuncu boz bazarın çiçəklənməsini təhdid edir: yaxın gələcəkdə qeydiyyat prosedurları sadələşdirilməsə, bir çox işəgötürən onları qeyri-qanuni idxal etməyə başlayacaq, anonimlik şərti ilə biznes nümayəndələri paylaşırlar.
Digər çətinlika dil biliyi ilə bağlıdır. İqtisadi məsələlər nə qədər önəmli olsa da dil biliyi biznes proseslərinə ciddi təsir edir. Qeyri-rusdilli işçilərə prosesləri idarə etməyi öyrətmək daha çətindir. «İndi bizim şirkətlər işçilərin 10 faizindən çox olmayan bir hissəsini MDB-dən kənar ölkələrin vətəndaşlarına ayıra bilərlər. Bu rəqəmin artması şirkətin biznes proseslərində əsaslı dəyişikliklərə səbəb olur”, - Kireyev bildirib.
İndoneziyalılar İT sahəsinə cəlb olunacaqlar
Ekspertlərin fikrincə, hindlilər və pakistanlılarla yanaşı, İran, İndoneziya və Şimali Koreya vətəndaşları da daxili bazarda işləməkdə maraqlı ola bilərlər. Sonuncunun cəlb edilməsi ilə bağlı sorğu artıq Rusiya işə qəbul agentliklərindən biri tərəfindən qəbul edilib.
Şimali Koreya vətəndaşlarının daxili bazara gəlişinin miqyasını müxtəlif amillərə, o cümlədən siyasi və hüquqi aspektlərə görə proqnozlaşdırmaq hələ də çətindir, Demis Group marketinq agentliyinin kadrlar şöbəsinin rəhbəri Yevgeniya Prasolova qeyd edir. Nəzəri olaraq, onlar mühəndislik, informasiya texnologiyaları və elm kimi yüksək texniki təcrübə tələb edən sənayelərdə tətbiq tapa bilərdilər. Analitiklərin fikrincə, Şimali Koreyalılar hazırda ciddi kadr çatışmazlığı olan kənd təsərrüfatı, tikinti və sənaye istehsalında da faydalı olacaqlar.
Şimali Koreyalı işçilərin maaş gözləntiləri yüksək deyil, çünki onların bir çoxu öz vətənlərində yoxsulluq həddinin altında yaşayır, aylıq yaşayış minimumuna bərabər maaş alır. Söhbət 12-25 dollar qazancdan gedir, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Korporativ Maliyyə və Korporativ İdarəetmə kafedrasının dosenti Olqa Borisova qeyd edir. Rusiyada isə Şimali Koreya işəilərinə təxminən 300 dollar verirlər.
“İran açıq şəkildə dindarlığa və sərt qanunlara malik ölkədir. Onların pul qazanmaq üçün harasa getməsi adət deyil”, – Karyera İdarəetmə Məktəbinin təsisçisi və Karyera Məsləhətçiləri Assosiasiyasının prezidenti Aygün Qurbanova deyir. Ondan fərqli olaraq İndoneziyadan olan işçilər, Rusiya bazarı üçün daha əlverişlidir. “Bu, çoxlu əhalisi olan, lakin daha az dindarlığı və daha az sərt qanunvericiliyi olan bir ölkədir. Oradan insanları cəlb etmək üçün layihələr artıq işləyir”.
İran və İndoneziyada orta əmək haqqı Şimali Koreyadan xeyli yüksəkdir - müvafiq olaraq 360 və 390 dollar.
Şirkətlər hesab edir ki, bu ölkələrdən Rusiyaya yüksək maaşlar müqabilində, məsələn, İT sektorunda yaşayış yerini və iqlimini dəyişməyə hazır olan yüksək ixtisaslı kadr axını alacaq. Kurbanova etiraf edir ki, kadr problemini həll etmək üçün yerli şirkətlər yaxın gələcəkdə diqqətlərini Şimali Afrika ölkələrinə də yönəldə bilərlər.
İran və İndoneziya vətəndaşları öz ölkələrində orta hesabla 360 və 390 dollar qazanırlar
Çox güman ki, qısa müddətdə Hindistan, Pakistan və Cənubi Afrika vətəndaşlarının işə götürülməsi sahibkarların istehsal problemlərinin həllinə kömək edəcək. Lakin bu, Rusiyada qlobal kadr problemini həll etməyəcək.
Ekspertlər deyirlər ki, insan çatışmazlığının öhdəsindən gəlmək üçün şirkətlər başqa səylər göstərməli olacaqlar: bəzi yerlərdə istehsalı optimallaşdırmaq və müxtəlif məşğulluq formalarını tətbiq etmək, digərlərində isə iş saatlarının sayını artırmaqla. Daxili bazarla işləmək yaxşı kömək ola bilər. Bura əmək haqqının ən azı inflyasiya səviyyəsində artması ilə kəndlərdən namizədlərin cəlb edilməsi və könüllü tibbi sığorta kimi əlavə variantların daxil edilməsi ilə vakansiyaların cəlbediciliyinin artırılması kimi məsələoər aiddir (Mənbə Lenta.ru).