Kanadanın tədqiqat-araşdırma şirkəti BCA-nın iqtisadçıları bəşəriyyərin 2290-cı ilə artıq məhv ola biləcəyini hesablamışlar.
Bu barədə investisiya araşdırmaları üzrə ixtisaslaşan BCA Research şirkətinin hesabatında deyilir.
Keçən həftə müştərilərinə "Qiyamət günü riski" adı altında göndərdiyi icmalda BCA Research şirkətinin baş strateqi, Goldman Sachs-ın keçmiş iqtisadçısı Pyotr Beryozini düşündürən investisiya təhlili ilə bağlı bir önəmli sual var idi: dünyanın sonu gələ bilərmi və bəşər sivilizasiyasının tam məhvi ehtimalı nə qədərdir
Belə hipotetik hadisə çox aşağı ehtimalı nəzərdə tutan quyruq riski (tail risk) adlanan risklərə daxil olsa da, onu lazımınca qiymətləndirməmək düzgün olmazdı.
"Ən məyusedici hal isə odur ki, bizim apardığımız təhlil bir neçə yüzilliklər ərzində, bəlkə də daha tez insan cəmiyyətinin (bəşəriyyətin) yoxa çıxması ehtimalının son dərəcə böyük olduğunu güman edir", — deyə icmalda bildirilir.
Bu cür ehtimalların ağıl oyunu olmasını qəbul etməsinə baxmayaraq Beryozin qeyd edir ki, aparılan qiymətləndirmə nəticəsində 50% ehtimal vardır ki, 2290-cı ilə qədər, 95% ehtimal vardır ki, 2710-cu ilə qədər bəşəriyyət məhv olacaqdır.
"Böyük filtr"
Yer üzündə ağıllı həyatın meydana gəlməsi özü-özlüyündə nadir bir hadisə idi. Əksi olardısa, o zaman insanlar kainatda mövcud olan 400 milyard qalaktika arasında özünə bənzər varlıqların heç olmasa hansısa izlərinə rast gəlmiş olardılar. Habelə, Beryozin deyir ki, hələ də digər yad sivilizasiyaların mövcudluğu ilə bağlı heç bir iz, nişanə və ya əlamət yoxdur.
Amerikalı alim Robert Henson 1996-cı ildə bunu "Böyük filtr" konsepsiyası vasitəsilə izah edirdi. Bu konsepsiya həmçinin qabaqcıl və inkişaf etmiş texnoloji tərəqqi mərhələsində insanlığın və ya bəşəriyyətin özünü məhvetməsi ehtimalının yüksək olmasını göstərir.
"Artıq Yer kürəsini məhv edə biləcək texnologiyalar vardır, lakin fəlakət zamanı sağ qalmağa imkan verən texnologiyanı işləyib hazırlamamışıq", — deyə BCA Research yazırdı.
Beryozin bir nümunə göstərir: 2012-ci ildə ABŞ-ın Medison şəhərində yerləşən Viskonsin universitetinin alimləri göstərdi ki, 1918-ci ildə bütün dünyaya yayılaraq 50 milyon insanı məhv edən "ispanka" epidemiyası ilə müqayisədə asanlıqla yeni qrip gərginliyini yaratmaq mümkündür. Hələ biz heç nüvə müharibəsi, asteroid zərbəsi, pandemiya, iqlim dəyişikliklərinin idarəçiliyindən kənara çıxmış xoşagəlməz süni intellektin yaranması kimi təhlükələr barədə demirik.
Dünyanın sonu barədə teorem
Beryozin həmçinin digər faciəvi hipotez barədə də xatırladı. Bu hipotez Brednon Karterin "dünyanın sonu barədə teorem"(Doomsday argument) astrofizikasıdır. Karter bu barədə belə deyirdi: əgər indinin insanları bütün bəşəriyyət xronologiyasının təsadüfi bir yerindədirlərsə, o zaman bizim bu xronoloji şkalanın təxminən ortasında yaşama şansımız artır. BCA Research iqtisadçısı da məhz bu fikri əsas götürərək hazırki günədək Yer üzündə təxminən 100 milyard insanın yaşadığını qeyd edir və ardınca bildirir ki, əgər sivilizasiya həqiqətən də məhv olmağa məhkumdursa, o zaman daha 100 milyard insan planetdə doğulmalıdır ki, bu baş versin.
"Bəşəriyyət digər planetlərdə məskən sala və ya nəhəng orbital gəmilər yarada bilsəydi, o zaman hansısa kataklizmaya görə yer üzündəki həyatın yoxa çıxması ehtimalı kəskin şəkildə azalardı. Lakin keçmiş və ya gələcəklə müqayisədə hazırda dünyanın sonunun gəlməsi ehtimalı kifayət qədər yüksəkdir" deyə Beryozin bildirib.
Onun hesablamalarına görə sivilizasiya çox güman ki, təkrar nöqtəsinə (bütün tarix boyunca 3-cü) yaxınlaşır və bunun qarşısını bəşəriyyət yalnız genetik texnologiyalar sayəsində IQ səviyyəsini əhəmiyyətli dərəcədə artırmaqla ala bilər. "Öz növbəsində inkişaf edən intellekt daha ağıllı insanların meydana gəlməsini təmin edəcəkdir. Habelə, artan imkanlarla yanaşı sonun gəlməsi riski də artır" deyə dünyanın sonu barədə teoremə əsaslanan iqtisadçı bildirir.
"Dünyanın sonu barədə teorem" heç də bəşəriyyətin əbədi mövcud ola bilməməsini və ya olmayacağını bəyan etmir. Bu teorem həmçinin haçansa mövcud olacaq insanların sayı barədə yuxarı hədləri və ya da bəşəriyyətin məhv olması tarixini müəyyənləşdirmir. Sadəcə bəzi hesablamalara (kanadalı filosof Con Lesli) görə 95% ehtimal vardır ki, bəşəriyyət 9120-ci ilə qədər məhv ola bilər.
Lakin Pyotr Beryozin güman edir ki, dünyanın sonu daha tez gələ bilər. Öz təhlilində o, belə qənaətə gəlir ki, dünyada ümumi doğum əmsalı 3.0 səviyyəsində stabilləşir (indi bu göstərici təxminən 2.4-dür) və onun hesablamalarına görə bəşəriyyətin məhvi təxminən 50-95% ehtimalla 3000-ci ilə qədər baş verəcəkdir.
İnvestisiya "ideyaları"
Beryozinin mülahizələrinə görə əgər baxılan perspektivdə bəşəriyyətin məhvini gözləmək ehtimalına yol versək, o zaman vəsaitlərin toplanması elə də cəlbedici olmayacaqdır. İqtisadçı belə bir fikir irəli sürür ki, aşağı vəsait yığımı səviyyəsi öz növbəsində daha yüksək faiz dərəcəsinə və müvafiq olaraq daha ucuz istiqrazlara gətirib çıxarır.
Beryozinin təhlil etdiyi digər hipoteza isə investisiya strategiyasının seçilməsi zamanı predmetə təsir edən "paralel dünyalar" konsepsiyasıdır. Bu konsepsiyaya görə həmin paralel dünyalardan hər birində eyni qanunlar qüvvədədir və onlara eyni dünya sabitləri xasdır, laki onlar müxtəlif vəziyyətlərdə yerləşir. Aralarında Stiven Xokinq, Brayan Qrin v Mitio Kaku kimi məşhur fiziklər olan bu ideyanın tərəfdarları belə bir ehtimal irəli sürür ki, biz guya çoxlu sayda "kainat qovuqlarından" ibarət olan multidünyada yaşayırıq.
"Əgər investor multidünyaya inanırsa, o zaman çox aşağı ehtimalla ona böyük uduş gətirə bilən yatırım edə və böyük itkilərlə nəticələnə bilən çox aşağı risklərdən uzaq qala bilər" deyə Beryozin bildirir. Məsələ burasındadır ki, investisiya seçimi zamanı insan ola bilsin belə bir ehtimalı nəzərə alacaqdır: "şəxs özü qoyulan yatırımdan çox pul qazanmasa da, özünü heç olmasa onun uzaq qalaktikada və ya başqa kvant vəziyyətdə olan əkizlərinin pul qazanması ehtimalı ilə sakitləşdirəcəkdir".
"Buna görə də əgər hər bir insanın milyardlarla "versiyasının" yaşadığı milyardlarla paralel dünyaların mövcud olması ehtimalına yol versək, o zaman investorlar az riskli aktivlər (istiqrazlar) əvəzinə daha yaxşı olardı ki, çox riskli aktivləri (məsələn, səhmləri) əldə etsinlər" deyə BCA Research iqtisadçısı icmala belə yekun vurmuşdur.
tech.obozrevatel.com©