Son günlər ölkəmizdə bəzi işçilərin orduya çağırılması hallarına rast gəlinirik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin açıqlamasına əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, işçi olan hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılır. Maraqlıdır ki, hərbi toplanışa çağrılan işçilərin əmək haqqısı hesablanması necə tənzimlənir.
Eləcə də bax: Hərbiyə çağırılan vətəndaşların əmək haqqı - Necə Ödəniləcək?
FED.az xəbər verir ki, Mks.az saytının eksperti Anar Bayramov bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Əmək Məcəlləsinin 179-cü maddəsinin g) bəndinə əsasən, işçilər hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda iş yeri və orta əmək haqqısı saxlanılmalıdır. Qeyd edək ki, Əmək Məcəlləsinin 179-cü maddəsinə hesablanan orta əmək haqqı aşağıdakı qaydada hesablanır:
İşçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir (Maddə 177.)
Misal. Dövlət qurumu tərəfindən “A” MMC-nin işçisi 2020-cu ilin sentyabr ayında 7 günlük hərbii təlimə cağrılıb. Həmin günləridə 5 iş günü mövcüddur. Tarif (vəzifə) maaşı 800 manat məbləğində olan işçinin iyul və avqust ayları üzrə mükafat və bonuslar nəzərə alınmaqla əmək haqqı gəlirləri müvafiq olaraq 1000 və 1200 manat təşkil edib. Sentyabr ayı üzrə hərbi təlim günləri nəzərə alınmaqla işçinin əmək haqqını hesablayaq.
- İyul ayı üzrə iş günlərin sayı və əmək haqqı gəlirləri- 22 gün və 1000 manat
- Avqust ayı üzrə iş günlərinin sayı və əmək haqqı gəlirləri – 20 gün və 1200 manat
- Sentyabr ayı üzrə iş günlərinin sayı və vəzifə(tarif) maaşı – 22 gün və 800 manat
- Sentyabr ayında işçinin hərbi təlimdə olduğu iş günlərinin sayı - 5 gün
Hərbi təlim zamanıorta əmək haqqının saxlanması şərti ilə əmək haqqının hesablanması qaydası aşağıdakı kimi olacaq:
1 günlük orta əmək haqqının hesablanması - (1 000 manat (iyul ayı üzrə əmək haqqı) + 1 200 manat (avqust ayı üzrə əmək haqqı))/(22 gün (iyul ayı üzrə iş günlərin sayı) +20 gün (avqust ayı üzrə iş günlərin sayı))= 52,38 manat
Hərbi təlimdə olan 5 iş günü üzrə əmək haqqı – (52.38 manat (1 günlük orta əmək haqqı) x 5 gün (hərbi təlimdə olan iş günlərin sayı) = 261,90 manat
Sentyabr ayı üzrə işçinin təlim səbəbindən işdə olmadığı günlərə görə əmək haqqı – (800 manat (sentyabr ayı üzrə əmək haqqı) / 22 gün (sentyabr ayı üzrə iş günlərin sayı) x 17 gün (hərbi təlim günləri istisna olmaqla, digər iş günləri) = 618,18 manat
Sentyabr ayı üzrə cəmi tarif (vəzifə) maaşı – (261, 90 manat (hərbi təlim günləri üzrə əmək haqqı) + 618.18 manat (işlədiyi iş günləriə əmək haqqı) = 880,08 manat
Göründüyü kimi, bizim misalda işçiyə sentyabr ayında 800 manat əmək haqqı hesablanmalı olduğu halda, 5 iş günü hərbi təlimdə olması səbəbindən hesablanan əmək haqqı 880,08 manat təşkil etdi.
Əmək Məcəlləsinin 177-ci maddəsi işəgötürənə hərbi təlimdə olan işçiyə əmək haqqı hesablanarkən orta əmək haqqının hesablanmasını tələb edir. Təcrübədə bəzi işgötürənlər tərəfindən işçiyə hərbi təlimdə olduğu iş günləri üzrə hesablanan əmək haqqını hesablandığı iş günlərindəki tariflərə bərabər tuturlar. Misalımıza uyğun olaraq, işəgötürən tərəfindən işçiyə hərbi təlimdə olduğu günlər nəzərə alınmaqla 800 manat əmək haqqı hesablanmasına da rast gəlinir.