Necə edəsiniz ki, gündə 18 dəqiqə hansısa mühüm məsələ üzərində fikir toplayasınız, fokslanasınız? O zaman bunun mövcud qaydaları barədə sizə danışaq.
Gündə 18 dəqiqənizi dəqiq cədvəlin qurulmasına ayırın.
Bu necə işləyir?
Gününüzü təşkil etməyin bir çox yolları və metodları vardır: 9 iş qaydasından tutmuş müntəzəm olaraq “Hazırdır” sözünü təkrarlamaqla bağlı tövsiyyələrə qədər.
Lakin ən dəqiq metodikalardan birini məhz Piter Breqman işləyib hazırlamışdır. Breqman “Harvard Business Review”nun şəxsi təlimçisi və müəllifidir. O, vaxtınızdan səmərəli istifadə etmək üçün insana gündə cəmi 18 dəqiqənin lazım olduğunu iddia edir.
Onun planı üç mərhələdən ibarətdir.
Plandakı birinci mərhələ olan ilk 5 dəqiqə səhər planlaması vaxtıdır. Siyahınızdakı işləri bütün gün üçün bölüşdürün (bunun üçün təqvimdən istifadə edə bilərsiniz). Siyahınızda üç gündən artıq qalan və yubanan işlərə xüsusi diqqət ayırın, çünki bəlkə onların artıq siyahıdan çıxarılma zamanı gəlib çatmışdır.
İkinci mərhələ hər saatda bir dəqiqədir. Breqman bunu “refokslanma”, yəni təkrarən fokslanma adlandırır. Xəbərdarlıq panelini elə qurun ki, saatda bir dəfə siqnal (zəngli saat siqnalı) alasınız. Sonra əvvəlki saatı nə dərəcədə məhsuldarlıq keçirdiyiniz barədə düşünün və nəyi daha yaxşı tərəfə dəyişə biləcəyinizi də düşünün. Daimi nəzarət fikrinizin daha az yayınmasına kömək edəcəkdir.
Üçüncü mərhələ günün sonunda 5 dəqiqədir. Ötən günün yekunlarına dair özünüzə 3 sual verin: “Gününüz necə keçdi?”, “Bügün ərzində nə öyrənə bildim?”, “Kiminlə işlədim?”. Qurduğunuz cədvəl üzərində daimi nəzarət sizə kömək edəcəkdir ki, vaxtınızın məhz hara getdiyini anlayasınız. Perspektivi qoruyub saxlamaq və mühüm, lakin o qədər də təcili olmayan tapşırıqları xatırlamaq üçün qurduğunuz gündəlik cədvəldən həftədə bir gün yayınaraq özünüzə də vaxt ayırmağı unutmayın. Beləliklə, siz diqqətinizi vacib və önəmli olan məsələlərə ayırmış olacaqsınız.
Biznes təlimçi Sem Sperlin də qeyd edirdi: “Gününüzü lazımsız tapşırıqlardan təmizləyin,çünki onlar beynimizin gün ərzində buraxdığı 150 milyard biti yeyir və məhv edir. Beləliklə də bununla siz digər insanlara yardım edə, dünyanı daha da yaxşılaşdıra və ya ciddi problemi həll edə bilərsiniz”.
Mənbə: www.lookatme.ru