Azərbaycanda gələn ay ardıcıl 4 gün iş olmayacaq.
FED.az xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.
Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.
Beləliklə, ardıcıl dörd gün – 8, 9, 10, 11 noyabr qeyri-iş günü olacaq.