Bir müddət əvvəl qeyd edildiyi kimi, 2017-ci illə müqayisədə 2018- ci ildə bələdiyyələrin büdcə gəlirlərində azalma hiss olunub. Cüzi də olsa bu azalma var. Bəs azalmanın əsas səbəbi nədədir, nəyə görə, bələdiyyələrimiz büdcə gəlirlərini artıra bilmirlər?
Bununla bağlı apardığımız təhlil və müşahidələrdən belə qənaətə gələ bilərik ki, bu azalmanın bir sıra əsas səbəbi vardır.
Eləcə də bax: Azərbaycanda nazir, nazir müavinləri və icra başçılarının maaşları - MƏBLƏĞLƏR
Birincisi, bələdiyyələrə mülkiyyətin verilməsi prosesi bu günədək həyata keçirilməyib. İyirmi ildir ki, bələdiyyə hətta öz fəaliyyət göstərdiyi inzibati binanın sahib deyildir. Müvafiq orqanlar hər il bir bahənə gətirməklə bu prosesi ləngidir. Təsəvvür edin ki, mülkiyyətə sahib olan bələdiyyə konkret olaraq əmlakı girov qoymaqla dövlətdən güzəştli faizlə uzunmüddətli kredit götürə bilərdi, amma götürə bilmədilər, çünki girov qoyulası bir əmlak yoxdur. Bələdiyyələrə əraziləri tanıdılsada, bugün çox az sayda bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış vardır. Hələ biz öz torpaq fondundan sakininə torpaq satan bələdiyyədən xırda-xırda alınan, özüdə rəsmi şəkildə, maliyyə vəsaiti barədə danışmırıq.
İkincisi, bələdiyyələrə reklam və dayancaqlarla bağlı hər hansı maliyyə vəsaitinin daxil olması bu gün sual altındadır. Mülkiyyət hüququ verilmədiyindən mərkəzi icra strukturları müvafiq olaraq reklam və dayanacaq ödənişlərini ödəməkdən bir növ yayınırlar. Məhkəmə instansiyasıyasına müraciət edən bələdiyyədən isə ilk olaraq çıxarış tələb edirlər, yəni ərazinin bələdiyyəyə məxsus olduğunu isbatlayan bir sənəd. Nəticədə bələdiyyəyə daxil olmalı maliyyə vəsaiti allah bilir hara yönəldilir.
Beləliklə, bələdiyyəyə mülkiyyətin, əmlak və torpaq qismində, verilməməsi nəticədə bələdiyyənin büdcə gəlirlərinin azalmasına şərait yaradıb.
Odur ki, seçki öncəsi bələdiyyələrə mülkiyyətin verilməsinin başa çatdırılmaslı və qanunvericlikdəki müəyyən boşluqların aradan qaldırılması daha məqsədəuyyğun addım olardı.
Bu arada qısa şəkildə olsada qeyd edim ki, ölkə bələdiyyələrinin sayının azaldılması prosesi davam etdirilməli, bələdiyyələrə lobbiçilik edən milli bələdiyyə assosiasiyaların işi gücləndiriıməli, ilk növbədə üç assosiasiya birləşdirilərək bir assosiasiya şəklində fəaliyyətini daha da təkmilləşdirməlidir.
Etiraf edilməlidir ki, bələdiyyələrin daha çevik, şəffaf və səmərəli fəaliyyəti üçün bir sıra ciddi addımlar atılıb, layihələr həyata keçirilib.
Lakin bu tendensiya bundan sonrada davam etdirməklə bələdiyyələrə marağı artırmalıyıq. Bu işdə hər kəs öz töhvəsini layiqincə verməlidir.
Sonda bir məqama da toxunum ki, bələdiyyə sisteminin inkişafına maraqlı olan hər kəs, hər bir seçici seçdiyi insanın kim olduğunu da bilməli, layiqli və bacarıqlı insanı da dəstəkləməlidir.
@ Günün Xəbərləri