"Azəriqaz" İstehsalat Birliyi yeni mexaniki sayğacları tenderdə qalib gəlmiş yeni şirkətdən alacaq. Bundan başqa bəzi yerlərdə smart-kart sayğaclar mexaniki sayğaclarla əvəzlənəcək ki, buna da səbəb mexaniki sayğacların smart sayğaclardan 3 dəfə ucuz olmasıdır.
Eləcə də bax:Baş direktor: "Mübahisəli borcdan başqa heç bir qurumun “Azəriqaz”a - BORCU YOXDUR"
FED.az xəbər verir ki, smart-kart tipli sayğaclardan mexaniki sayğaclara keçid olunmasına səbəblərdən biri də artıq vətəndaşların vaxtı-vaxtında qaza olan ödənişlərini etməsi göstərilir.
"Azəriqaz" rəsmisi Ceyhun Səfərovun sözlərinə görə, mexaniki sayğaclar olanda abonentlər ödəniş etmədiyindən məcburən qazı kəsməli olublar.
“Abonenetlərin ödəniş etməmələri səbəbindən problemlər çox olurdu. Ona görə, bir müddət başladıq smart-kart tipli sayğacları quraşdırmağa ki, bu sayğaclar bir növ insanın özü-özünü tərbiyələndirməsidir. Nə qədər qaz işlədəcəksən, o qədər karta vəsait köçürəcəksən. Amma son dövlərin hesablamaları onu göstərdi ki, mexaniki sayğaclarla bağlı 100%-lik ödənişlər qəbulu mümkündür. Bu halda smart kart tipli sayğaclara böyük məbləğdə vəsaitin xərclənməsi məqsədə uyğun deyil”-deyə Ceyhun Səfərov bildirib.
Eləcə də bax:“Azəriqaz”da yeni kadr təyinatı olub - FOTO
"Azəriqaz" İstehsalat Birliyinin rəsmisinin sözlərinə gröə, amma çoxmərtəbəli binalarda hələ də smart-kart tipli sayğaclar quraşdıralacaq. Çünki belə binalarda mexaniki sayğacların qoyulması problemlər yaradır. Yeni binalarda sayğacların çöl eyvanlarında olması onların yoxlanılmasına əngəllər yaradır.
Mexaniki sayğaclar əsasən rayon , kəndlərdə, yaşayış massivlərində, yəni fərdi evlərin olduğu yerlərdə quraşdırılacaq.
Smart-kart tipli sayğaclar Fransanın “Qallos-Pay” , mexaniki sayğaclar isə Almaniyanın “Zenner” şirkətinin istehsalıdır.
Ceyhun Səfərovun sözlərinə görə, smart-kartların proqram təminatı, istehsalçı şirkətlə yanaşı, yerli informasiya texnologiya mütəxəssisləri ilə birlikdə həyata keçirilir.
“Bu ildən smart-kart tipli sayğaclar başqa şirkətdən alınacaq. Açıq tender keçirilib və qalib gələn şirkət başqası olub.”- deyə Ceyhun Səfərov bildirib.
Onun sözlərinə görə, ötən il smart-kart tipli sayğacların alınmasına dair açıq müsabiqə (tender) keçirilib və bu barədə SOCAR-ın rəsmi internet səhifəsində elan yerləşdirilib. Bu müsabiqədə iştirak etmək üçün dünyada kifayət qədər tanınan 17-dən çox böyük istehsalçıya dəvət göndərilib. “Azəriqaz” İstehsalat Birliyi bu müsabiqədə istehsal olunacaq sayğacların oflayn rejimdə çalışmasını şərt kimi irəli sürüb. Çünki hal-hazırda Azərbaycanda smart-kart tipli sayğacların yalnız bu rejimdə işləməsi mümkündür. Nəticə etibarı ilə Almaniyanın “Zenner” şirkəti müsabiqənin qalibi olub. Onların təkliflərində bəzi məqamlar diqqət çəkib. Məsələn, innovativ texnologiyalara inteqrasiya baxımından daha üstündürlər, eyni zamanda təklif olunan qiymətlər də sərfəlidir. Bundan başqa “Azəriqaz” İB-nin mütəxəssislərinin tövsiyələrini də adı çəkilən şirkət müsbət qarşılayaraq icrasını həyata keçirəcəklərinə söz veriblər. Belə ki, bu qurğuların proqram təminatında bəzi dəyişikliklər gözlənilir. Sayğac quraşdırıldıqda elə yerindəcə ödəniş kartının tanıdılaraq abonentə verilməsi mümkün olacaq. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq. Ən əsası kartın tanıdılmasını abonent təklikdə etməyəcək, bu işi Birliyimizin mütəxəssisləri həyata keçirəcəklər. Pilot layihə olaraq il ərzində bir qisim yeni sayğacın ölkəyə gətiriləcəyi gözlənilir. Müvafiq komissiyanın rəyi əsasında istehsalın davamlılığı barədə qərar qəbul olunacaq.