2023-cü ilin yekunlarina əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 933,8 manat təşkil edib.
Bütün növ pensiyalar indeksləşdirilərək - 11,2 FAİZ ARTIRILIB
2023-cü ilin yekunlarina əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 933,8 manat təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu əvvəlki ilə nisbətən 94,4 manat və ya 11,2 faiz çoxdur.
2023-cü ilin 1 yanvar vəziyyətinə orta aylıq nominal əmək haqqı 834,9 manat təşkil edib.
Hesabat dövründə iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.