Avropa Statistika Bürosunun (Eurostat) məlumatına görə, Avropa İttifaqında (Aİ) tam ştatla çalışan işçilərin orta illik maaşı 2024-cü ildə 39 min 808 avroya çatıb (cari məzənnə ilə 78 min 434 manat). Bununla da orta aylıq əməkhaqqı 3300 avro səviyyəsinə aşaraq 3317 avro təşkil edib (cari məzənnə ilə 6 min 535 manat).
"2500 manat maaş alanlar kifayət qədər çoxdur. 3% vergi o qədər də böyük məbləğ deyil"
FED.az xəbər verir ki, 2023-cü ildə orta illik maaş 37 min 840 avro təşkil etmişdi. 2024-cü ildə isə bu göstərici 5,2% artıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Aİ ölkələri arasında Lüksemburq illik 82 min 969 avro ilə (aylıq 6914 avro və ya 13 min 623 manat ) ən yüksək maaşın olduğu ölkədir. Onun ardınca Danimarka (71 min 565 avro) və İrlandiya (61 min 51 avro) gəlir.
Ən aşağı illik orta maaşlar isə Bolqarıstan (15 min 387 avro), Yunanıstan (17 min 954 avro) və Macarıstan (18 min 461 avro) üzrə qeydə alınıb.
İllik maaş artımı baxımından Rumıniya (16,7%) ilk yeri tutub. Onun ardınca Polşa (16,6%) və Bolqarıstan (14%) qərarlaşıb.
Məbləğ baxımından maaşların ən çox artdığı ölkələr isə Avstriya (4 min 122 avro), Danimarka (3 min 625 avro) və Polşa (3 min 20 avro) olub. (Marja)












