“Hazırda qüvvədə olan qanunvericilikdə əlillik təyinatı sırf tibbi modelə əsaslanır və xəstəliyin törətdiyi ağırlaşmalara görə təyin olunur”.
Eləcə də bax: Agentlik: "17 minə yaxın saxta əlillik ləğv edilib"
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.
O bildirib ki, yeni qanunvericiliyə görə, 4 fərqli müddət üçün əlillik müddəti təyin edilə bilər: “Cənab Prezidentimiz tərəfindən təsdiq olunmuş qanuna görə, 2022-ci ilin iyulun 1-dən yeni əsasnamə qüvvəyə minəcək. Həmin əsasnamədə həyat fəaliyyətinin pozulmuş kriteriyaları nəticəsində orqanizmin həyat fəaliyyətinin pozulması faizlə müəyyən ediləcək. 30%-dən 60%-dək olan pozulmalar hazırkı 3-cü dərəcəyə uyğun olur, 61%-dən 80%-dək olan məhdudiyyətlər hazırda qüvvədə olan 2-ci dərəcəyə uyğun nəzərdə tutulub və 80 %-dən 100 %-dək olan hissə isə 1-ci dərəcə əlilliyə uyğun hallarda təyin olunacaq.
Hazırda əlillik müddəti ya müddətsiz ya da 5 illikdir. 18 yaşadək uşaqlarda 3 illik yaxud 18 yaşadəkdir. Yeni qanunvericilikdə isə əlillik müddəti müddətsiz və xəstəliyin xarakterindən, müalicə prosesinə tabe olmaq xüsusiyyətlərində asılı olaraq 1-2-5 il müddətinə əlillik müddətləri təyin olunacaq”.