Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2020-ci il tarixli, 177 nömrəli qərarının tətbiqi ilə əlaqədar izahat hazırlayıb. Öncəki yazımızda mks.az saytının ekspertlərinin 8 gün ardıcıl gələn qeyri-iş günlərinin statusu haqqında məlumat vermişdik.
Eləcə də bax: Nazirlik qeyri-iş günləri ilə bağlı şirkətlərə müraciət etdi - İZAHAT
FED.az xəbər verir ki, bu yazıda mks.az saytının eksperti, “Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020” kitabının müəllifi Anar Bayramov izahatla bağlı həmkarlarımızdan gələn aktual sualı cavablandırıb.
“İşçi qeyri-iş günlərində işə cəlb olunarsa, ona əmək haqqı necə hesablanmalıdır?”
İşəgötürən işçini qeyri-iş günlərində işə dəvət edərsə, bu zaman iki məqama diqqət yetirmək lazımdır.
Birincisi, işçinin hansı tarixdə işləməsi hesablamaya təsir edən məqamlardan biridir. Qeyd etdiyimiz ki, 8 günlük qeyri-iş günləri aşağıdakı formada müəyyən edilib:
Tarixlər |
Beşgünlük iş həftəsi |
Altıgünlük iş həftəsi |
23 may |
İstirahət günü |
Ödənişli qeyri-iş günü |
24 may |
Bayram günü |
Bayram günü |
25 may |
Bayram günü |
Bayram günü |
26 may |
İstirahət günü |
İstirahət günü |
27 may |
İstirahət günü |
İstirahət günü |
28 may |
Bayram günü |
Bayram günü |
29 may |
Ödənişli qeyri-iş günü |
Ödənişli qeyri-iş günü |
30 may |
İstirahət günü |
Ödənişli qeyri-iş günü |
Cədvəldən göründüyü kimi, qeyri-iş günlərinin 3 tipi mövcuddur: İstirahət, bayram və ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı).
Bu səbəbdən də işçinin hansı tipə uyğun olan qeyri-iş günündə işləməsi önəmlidir. Misallara keçmədən ikinci məqama diqqət yetirək.
İkinci məqam işəgötürənin tətbiq etdiyi iş rejimi ilə bağlıdır. Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən, iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir.
Maddədən göründüyü kimi, Əmək Məcəlləsində bütün işəgötürənlərin tətbiq edəcəyi standart iş rejimi yoxdur. İşəgötürən fərqli iş rejimləri tətbiq edə bilər. Misal üçün, əksər qurumlar adi qaydada, bəzi qurumlar iş vaxtının cəmləmiş uçotu və ya növbəli iş rejimi tətbiq etməklə beşgünlük və altıgünlük iş rejimindən faydalanırlar.
Misallar üzrə 8 günlük qeyri-iş rejimində çalışanlar üçün əlavə əmək haqqının hesablanmasına aydınlıq gətirək:
Birinci hal. Adi rejimdə çalışan işçilər 8 günlük ardıcıl qeyri-iş günlərindən istifadə edəcəklər. İşəgötürən işçini 8 günlük qeyri-iş günlərinə təsadüf edən istənilən gündə Əmək Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, iş vaxtından artıq işlərə yol verilən müstəsna hallarda işə gəlirsə, o zaman işçiyə əlavə əmək haqqı və ya istirahət gününün verilməsi həyata keçirməlidir.
Bir daha xatırladırıq ki, işçinin işə çağırılması qanunvericiliyin imkan verdiyi müstəsna hallarda (dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi, su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin edilməsi və s.) mümkündür.
İkinci hal. İş vaxtının cəmlənmiş uçotu və ya növbəli (fasiləsiz) iş rejimində çalışan işçilərin tabel uçotuna uyğun olaraq, iş vaxtları altıgünlük iş rejimində ödənişli qeyri-iş günlərinə (23, 29 və 30 may) təsadüf edərsə, o halda həmin işçiyə əlavə hər hansı əmək haqqı HESABLANMIR və işlədiyi günlərə görə istirahət gününün verilməsi nəzərdə TUTULMUR.
Misal. Altıgünlük və fasiləsiz iş rejimi tətbiq edilən dövlət və ya özəl qurumda növbətçi vəzifəsində çalışan işçinin iş vaxtı 23 və 29 may 2020-ci il tarixlərinə təsadüf edir. Həmin günlər Nazirlər Kabinetinin qərarına əsasən, ödənişli qeyri-iş günü (xüsusi iş(əmək) rejimi ilə bağlı) hesab olunsa da, işçinin işlədiyi günlər adı iş günləri kimi qəbul ediləcək və hər hansı əlavə ödənişlər həyata keçirilməyəcək.
Eyni hal beşgünlük və fərqli iş rejimi tətbiq edilən özəl və dövlət qurumlarına da aiddir. Nazirlər Kabinetinin qərarına əsasən, beşgünlük iş rejimində 29 may tarixi ödənişli qeyri-iş gününə (xüsusi iş(əmək) rejimi ilə bağlı) aid edilsə də, həmin günlərdə çalışan işçilərə hər hansı fərqli imtiyazlar tətbiq olunmayacaq.
Dövlət müəssisələrində iş vaxtı ödənişli qeyri-iş gününə təsadüf edən günlərə təsadüf edən işçilərə də məcburi və ya könüllü hər hansı əlavə imtiyaz nəzərdə tutulmayib. Amma özəl müəssisələrdə işəgötürən həmin günlərdə çalışan işçilər üçün əlavə əmək haqqının və ya istirahət gününün verilməsi məsələsində sərbəstdir. İşəgötürən işçiyə həmin günlər üçün əlavə əmək haqqı və ya istirahət günü verərsə, bu hal əmək normalarının yaxşılaşdırılması kimi qəbul ediləcək. Amma işəgötürən həmin günlər üçün işçiyə hər hansı əlavə ödəniş həyata keçirməzsə, bu hal əmək qanunvericiliyinin və işçinin hüququnun pozulması hesab olunmayacaq və işəgötürənə hər hansı cərimə tətbiq edilməyəcək.
Bir məsələni qeyd edək ki, işəgötürən 8 günlük qeyri-iş günlərinə təsadüf edən bayram və ya istirahət günləri işçini işə cəlb edərsə, o halda Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, əlavə əmək haqqı və ya istirahət günlərinin verilməsini həyata keçirməlidir.
Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda 15 may 2020-ci il tarixinə nəzərdə tutulan bütün dəyişikliklərin şərh edildiyi, Anar Bayramovun müəllifi olduğu “Vergi uçotu: A-dan Z-yə” kitabı yaxın günlərdə satışda
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.