26 iyun 2019 11:54

Fazil Məmmədovun yenidən xəstəxanaya yerləşdirildiyi bildirilir

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhətinin pisləşdiyi və  Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirildiyi bildirilir.

Məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb. Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranır. Onun qaraciyarində problemlrə var. Həmçinin Fazil Məmmədov qan təzyiqinin yüksəlməsindən də əziyyət çəkir.

@Baku.ws

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz