12 iyun 2019 18:04

Astara üçün pul ayrıldı - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

FED.az xəbər verir ki, Sərəncama əsasən, Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün 2019-cu il dövlət büdcəsindən "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə 1 milyon manat ayrılıb. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz