21 may 2019 13:18

"Novostroykalar" və fərdi yaşayış evlərinda yanğın hadisələri artıb 

2019-cu ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1965 çıxış edilib. Onlardan 560 çıxış çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evləri üçün olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk rübündə çoxmənzilli yaşayış binaları və fərdi yaşayış evlərinda 452 çıxış olub. Açıq sahələrdə yanğınlar üçün 785 , nəqliyyat vasitələrində yanğınlar  üçün 70 , digər yanğınlar üzrə - 550 çıxış olub.

FED.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın hadisələri zamanı 29 nəfər həlak olub, 49 nəfər xəsarət alıb, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 14 nəfər və ya 33% azdır, xəsarət alanlar üzrə 18 nəfər və ya 58% çoxdur. Yanğınların söndürülməsi zamanı 33 nəfər xilas edilib, 478 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz