Banner

Son Xəbərlər

Pokémon Go oyunundan Apple şirkətinin əldə etdiyi gəlir

Pokémon Go oyunundan Apple şirkətinin əldə etdiyi gəlir | FED.az
11:42 21 İyul 2016

Pokémon Go oyunundan Apple şirkətinin əldə edəcəyi gəlir 3 milyard dollar təşkil edəcəkdir.

Yaxın iki ildə Apple Pokémon oyunundan 3 milyard dollar qazana biləcəkdir.

Reuters agentliyinin verdiyi məlumata görə, Nintendo yapon şirkəti tərəfindən buraxılan oyunu smartfonlara pulsuz yükləmək mümkündür; habelə, Apple şirkəti smartfonlarda quraşdırılmış alışlardan qazanc əldə edə bilər.

Needham&Co analitiki Lora Martin bildirir ki, əlavə bonuslara pul xərcləyən istifadəçilərin sayı Candy Crush oyununa pul xərcləyən istifadəçilərdən bir qədər artıqdır. Qeyd edək ki, 2013-2014-cü illərdə Candy Crush oyunu 1 milyard dollar vəsait cəlb etmişdir.

Agentliyin məlumatına əsasən 18 iyul tarixində vəziyyət onu göstərir ki, elə sadəcə ABŞ-ın özündə 21 milyon istifadəçi Pokémon oyununu yükləmişlər.
Bu oyun işə salındığı gündən Apple şirkətinin səhmləri 5%-dək artmış, Nintendo şirkətinin fond indeksləri isə bu müddət ərzində iki dəfə artmışdır.

Analitiklər əvvəllər bildirmişlər ki, Apple şirkəti bu oyundan Nintendo şirkətindən də çox gəlir əldə edə biləcəkdir.
Macquarie Research mütəxəssisi bununla bağlı bildirmişdir: "App Store-da əldə edilən 100 vahiddən 30-u Apple, 30-u Niantic, 30-u Pokemon, 10-u isə Nintendo-ya gedəcəkdir".

Digər xəbərlər

Banner