Fortinet şirkəti 60 milyon dəyərində oğurluq edən böyük fırıldaqçı qruplaşmanı yaxalamağa yardım etdi.
Şirkətin FortiGuard Labs şöbəsi tərəfindən aparılan kibertəhlükə araşdırması nəticəsində, minlərlə internet-dələduzluq hallarının arxasında dayanan cinayətkarların saxlanılması mümkün oldu. Onların vurduğu ziyan 60 milyon dollardan çox bir məbləğdə qiymətləndirilir.
Cinayətkar qruplaşma "nigeriyalı məktub" yollamaqla, tanışlıq saytlarının ziyarətçilərini aldatmaqla və Alibaba saytında dələduzluq etməklə maliyyə hesabatlarının oğurlanması və dünyada müxtəlif hesabların bu və ya digər yolla manipulyasiyası ilə məşğul olmuş və çirkli pulların yuyulması üzrə geniş şəbəkə yaratmışlar.
Dələduzlar sosial mühəndislik prinsiplərinə, eləcə də kommersiya yönümlü təşkilatların prinsiplərinə əsaslanan iki tip fəndlərdən istifadə edirdilər. Hücumların hədəfi əsasən bank hesabları və rəhbər orqanların üzvləri olmuşdu. Bu isə "maskalanma" adlanan müasir hücum texnologiyasının geniş yayılmasından xəbər verir. Bu texnologiya vasitəsilə zərər görmüş şəbəkə çərçivəsində cinayətkarların fəaliyyətini aşkarlamaq uzun müddət ərzində mümkün deyildir.
Nigeriyanın iqtisadi və maliyyə cinayətləri üzrə komissiyası (Nigerian Economic and Financial Crime Commission, EFCC) və İnterpol təşkilatının birgə əməliyyatı zamanı Fortinet şirkətinin kibertəhlükələr barədə topladığı aktual məlumatlar sayəsində 2016-cı ilin iyun ayında beynəlxalq cinayətkar birliyin rəhbəri saxlanıldı.
Qeyd edək ki, Fortinet şirkəti bir ildən çoxdur ki, İnterpol təşkilatının da üzv olduğu mütəxəssislər işçi qrupunun fəal üzvüdür. Məhz Fortinet şirkətinin kibertəhlükələr barədə təqdim etdiyi məlumatlar sayəsində internet-dələduzluqla məşğul olan cinayətkar dəstəni müəyyənləşdirmək mümkün oldu. Əlavə olaraq, Fortinet şirkəti bu il NATO Agentliyi ilə kommunikasiya və informasiya sistemləri (NATO Communications and Information (NCI) Agency) üzrə xidmət ilə bağlı tərəfdaşlıq sazişinin bağlanması barədə elan etdi. Xatırladaq ki, bu saziş NATO kibertəhlükəsizlik məsələləri üzrə əməkdaşlıq (NATO Industry Cyber Partnership Industry, NICP) çərçivəsində imzalanmışdı.
O cümlədən, Fortinet şirkəti Cyber Threat Alliance(CTA) təşkilatının üzv-təsisçisi və OASIS Cyber Threat Intelligence (CTI) qrupunun üzvüdür. Şirkət həmçinin təhlükələr barədə məlumat mübadiləsi çərçivəsində əməkdaşlığın inkişafına və bununla da dünya iqtisadiyyatının güclənməsinə kömək edir.
Mənbə: fortinet.com