Banner

Son Xəbərlər

FED.AZ SAYTININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ

FED.AZ SAYTININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLDİ | FED.az
10:03 7 Okt 2016
Dünən “Fairmont Baku” mehmanxanasında ZZ Group şirkətinin təsis etdiyi FED.AZ (Finance, Economics, Development) - iqtisadi, biznes və maliyyə yönümlü xəbər saytının təqdimat mərasimi keçirilib.

Tədbir zamanı FED.AZ saytının məram və məqsədləri, fəaliyyəti və inkişaf prinsipləri haqqında dəvətlilərə məlumat verilib.

Açılış nitqində saytın əsas məqsədinin operativ xəbərlər saytı olaraq özünü doğrultmaq, maliyyə bazarlarını online rejimdə izləmək və daim baş verənlərdən xəbərdar olmaq, menecerlər üçün faydalı bir portal rolunu oynamaq, həmçinin elmi-akademik işlərin, məqalələrin, tezislərin və s. bu kimi sənədlərin, kitabların bazasını yaratmaq olduğu bildirilib.
Çıxış zamanı saytın təkmilləşdirilməsi prosesinin 3 mərhələli şəkildə planlaşdırıldığı qeyd olunub:

Birinci mərhələ, xəbərlər bölümünün işə salınıb inkişaf etdirilməsidir. Bu proses artıq başlamışdır və uğurla davam etdirilir.

İkinci mərhələnin dekabr ayının 1-dən başlayaraq aktivləşdiriləcəyi nəzərdə tutulur. Həmin mərhələdə #followBaku portalınının, Business Express səhifəsinin və Valyuta Bazarı bölümünün tam işə salınması nəzərdə tutulur.

#followBaku portalı - insanlar, məkanlar və dəb barədə məlumatları, faydalı və unikal məqalələri, poster və incəsənət üçün ayrılan bir yarımbölümü, eləcə də bütün istifadəçilərin qoşularaq fikir söyləyə, ideyalarını bölüşə biləcəyi geniş miqyaslı forum məkanını özündə birləşdirir.

Business Express - geniş çeşidli olaraq, həmçinin menecerlər üçün faydalı olan hər bölüm üzrə səhifə keçidlərindən ibarət olacaqdır.

Valyuta Bazarı - adından göründüyü kimi valyuta bazarı ilə bağlı bütün məlumatları özündə əks etdirəcəkdir.

Üçüncü mərhələ qismində yer alan son mərhələnin isə yanvar ayının 1-dən işə düşəcəyi planlaşdırılır. Bu mərhələ özündə elmi-akademik məlumatlar bazasını, yəni databazanı ehtiva edəcəkdir. O cümlədən, elmi işçilər, tələbələr, məzunlar və elmi-akademik ədəbiyyat həvəskarları üçün çox faydalı məlumatları özündə əks etdirəcəkdir. Həmin resurslara giriş çox hallarda ödənişsiz, eləcə də ödənişli əsaslarla olacaqdır”.

Qeyd edək ki, FED.AZ-ın hədəf auditoriyası əsasən biznes, iqtisadiyyat və maliyyə analitikası ilə, eləcə də ölkədə və dünyada baş verən gündəlik hadisələrlə maraqlanan müxtəlif yaş qruplarından olan insanlar daxildir.

Dəvətlilərə sayt haqqında məlumat verildikdən sonra saytın təqdimat çarxı və FED.AZ-da gündəlik iş rejimini əks etdirən video çarx nümayiş olundu.

Dövlət qurumlarının, bank sektorunun nümayəndələrinin, iş adamlarının və media təmsilçilərinin iştirakı ilə keçirilən tədbir şam yeməyi ilə davam etdirildi.

Digər xəbərlər

Banner