Azərbaycanın Hesablama Palatası “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində yoxlamalar zamanı bir sıra qayda pozuntusu və çatışmazlıqlar aşkar etdi. Bu barədə palatanın saytındakı məlumatda bildirilir.
Yoxlamanın məqsədi 2014-2015-ci illər üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, büdcə vasitələri və dövlət əmlakının məqsədli istifadəsi idi.
Bütövlükdə təftiş bu müddət üçün metropolitenə ayrılmış 602 milyon manat məbləğində dövlət sərmayə qoyuluşlarının, 171 milyon manat məbləğində dövlət maddi yardımlarının və qəbul edilmiş kredit vəsaitlərinin istifadə edilməsi məsələlərini əhatə etmişdi.

“Yoxlama zamanı müəyyən edilmişdir ki, Bakı Metropoliteni zərərlərin təmin edilməsi üçün ayrılmış dövlət maddi yardımının bir hissəsini əmək haqqı və başqa sosial müavinətlərin ödənməsi üçün istifadə etmişdir. Qeyd edək ki, 2014-cü ildə bu cür məqsədlər üçün cəmiyyət 36 milyon manat, 2015-ci ildə 38 milyon manat istifadə etmişdir”, - Azərbaycan Hesablama palatasının rəsmi saytında qeyd edilir.
Təftiş həmçinin ƏDV üzrə kompensasiya da daxil olmaqla, vergi qanunvericiliyinə qarşı cəmiyyət tərəfindən edilən bir sıra qayda pozuntularını aşkar etmişdi.
Bundan əlavə, yoxlamanın gedişatında dövlət əmlakının qeyri-düzgün istifadəsi üzə çıxmışdı. Xüsusilə metro stansiyalarına aid olan ərazilərdə qeyri-rəsmi ticarət fəaliyyətinin həyata keçirilməsi, əsassız yaşayış və ticarət obyektlərinin olduğu aşkar edilmişdir.
Hesablama palatası həmçinin cəmiyyət tərəfindən alışlar üzrə qanunvericiliyin pozulması hallarını da müəyyən etmişdir.
Təftiş həmçinin metro tikintisi üzrə podrat işlərinə bu cür işlər üçün təcrübəsiz hesab olunan şirkətlərin cəlb edilməsi, bəzi hallarda isə görülən işlərin ekspertiza üçün smeta sənədləşməsinin yoxluğu və s. bu kimi qanun pozuntularının olduğunu göstərdi.
Bundan başqa, müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində 652 min avro və 2 milyon 726,8 min manat məbləğində borc yaranmışdır. Palatanın məlumatında həmçinin göstərilirdi ki, cəmiyyət hər hansı bir əsaslandırma olmadan “Bank Technique” Açıq Səhmdar Cəmiyyətinə metro tikintisi üzrə işlər çərçivəsində dağıdılmış əmlaklara vurulan zərər üçün kompensasiya qismində 6 milyon manat məbləğində pul köçürmüşdür.
Yoxlamanın nəticələrinə əsasən, Hesablama Palatası bu qayda pozuntularına görə günahkar şəxsləri məsuliyyətə cəlb etməyi məsləhət gördü.
Bundan əlavə palata aşkar edilmiş pozuntular üzrə materialları Nazirlər Kabinetinə, Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməyə qərar verdi.
Mənbə: interfax.az