Bugün Avropa Mərkəzi Bankının monetar siyasət üzrə iclası keçiriləcəkdir.
İnvestorlar arasında təzyiq artmaqdadır. Qeyd edək ki, 1.7 trilyon avroluq (1.87 trilyon dollarlıq) aktivlərin alınması proqramının son müddəti mart ayında başa çatır və AMB bununla bağlı sonradan nəyin baş verəcəyi barədə hansısa siqnallar verməli, işarələr göstərməlidir.
Bazar iştirakçıları tənzimləyicinin atdığı növbəti addımlarla bağlı istənilən göstərişləri çox diqqətlə müşahidə edəcəklər. Bu barədə The Wall Street Journal-ı yazır.
Bəs bugün AMB hansı qərar qəbul edəcək, hansı addımlar atacaqdır?
AMB-nin rəhbəri Mario Draqi çox ehtiyatla hərəkət edəcək və münasibət bildirəcəkdir. AMB rəsmiləri isə gözlənildiyi kimi ən son yeni iqtisadi proqnozlar çıxana qədər dekabrın əvvəlinədək əsas vacib qərarları təxirə salacaqlar. Eyni zamanda Draqi çox güman ki, investorları ayda 80 milyard avroluq aktivlərin alışı proqramının genişləndirilə biləcəyinə və yaxın zamanlarda onun bitməyəcəyinə əmin edəcəkdir.
Qeyd edək ki, əvvəl AMB-nin kəmiyyət yumşalması proqramını dayandıracağı barədə maliyyə bazarlarına yayılan xəbər bazarı təşvişə salmışdı. Frankfurtdan bu məlumatı təkzib etsələr də, avrozonanın dövlət istiqrazlarının gəlirliliyi artdı.
Bəs iqtisadi vəziyyət nə dərəcədə pisdir?
Vəziyyət stabildir. İtisadiyyat sabitdir, habelə təmkinlidir, artım nümayiş etdirir, və lakin blok göründüyü kimi BB-nin Aİ-dən çıxması qərarından sonra hələ də şok yaşayır. Lakin perspektivlər hələ də aydın deyildir: yaxın 12 ayda Avropada bir neçə önəmli səsvermə və seçkilər baş tutacaqdır ki, bura həmçinin İtaliyada dekabr ayında keçiriləcək Konstitusiya referendumu da daxildir və ölkənin baş naziri Matteo Rensi öz siyasi gələcəyini məhz bununla bağlamışdır. Eyni zamanda neft qiymətləri stabilləşmiş və avro dollara nisbətdə aşağı düşmüşdür, bu da region ixracatçıları üçün müsbət haldır.
AMB stimullaşdırma proqramını genişləndirəcəkmi?
Bəli. Ekspertlərin çoxu AMB-nin böyük ehtimalla 8 dekabr iclasında QE proqramını ən azı 6 ay müddətinə uzadacağını proqnozlaşdırır. Avrozonada inflyasiya 0.4% təşkil edir, bu da AMB-nin hədəf səviyyəsindən çox aşağıdır - hətta 2% aşağıdır. AMB rəsmiləri investorların əlavə stimullarla bağlı gözləntilərinin onların şəxsi proqnozlarında öz əksini tapdığını da vurğulayırlar. Bu isə o deməkdir ki, siyasətçilər yeni stimullardan istifadə etmədiyi təqdirdə risk etmiş olurlar.
İstiqrazlar qurtara bilərmi?
AMB-nin QE proqramı çərçivəsində ala biləcəyi istiqrazlarla bağlı ciddi və sərt məhdudiyyətlər yaxın zamanda bəzi bazarlarda defisit yarada bilər, bu, xüsusilə alman bundeslərinə şamil olunur. İndi AMB QE proqramının daha uzun müddət davam edə bilməsi üçün onun strukturunu yenidən gözdən keçirir. Mario Draqi bu ay dəyişikliklər barədə anons edə bilər, lakin gözlənildiyi kimi diskussiya çox sərt olacaq, və böyük ehtimalla siyasətçilər dekabr ayınadək gözləməyə üstünlük verəcəklər.
Bəs banklarla bağlı vəziyyət necə olacaq?
Avropa banklarının səhmləri bu il sərt şəkildə aşağı düşdü, çünki aşağı faiz dərəcələri təqdirində investorlar öz gələcək gəlirləri barədə narahat olurlar. Yüksək rütbəli AMB məmurları son günlərdə iqtisadiyyatın stimullaşdırılması üzrə irihəcmli proqramın çatışmazlıqlarına, xüsusilə də onun zəif banklara təsirinə çox diqqətlə yanaşdıqlarını göstərmişlər. AMB tərəfindən kredit təşkilatları arasında aparılan son sorğu göstərmişdir ki, mənfi dərəcələr kredit təşkilatlarının gəlirini aşağı salır. Bu isə onu göstərir ki, faiz dərəcələrinin növbəti dəfə aşağı salınması çox böyük ehtimalla indi artıq aktual deyildir.
Faiz dərəcələrinə dair qərar bugün saat 15:45-də yenilənəcəkdir.
vestifinance.ru©