Azərbaycanda ən çox zərərli olan sığorta növləri məlum olub.
FED.az ödəniş-yığım nisbəti üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ölkə üzrə sığorta növlərində ümumi zərərlilik 57% təşkil edib. Ümumi zərərlilik illik müqayisədə 12% artıb.
Hesabat dövründə ən çox zərərli sığorta növü 931% olmaqla digər icbari sığorta növlərinə aid olub. Bununla belə bu sığorta növündə zərərlilik təxminən 2 dəfəyədək azalıb.
Könüllü sığorta bazarı üzrə ümumi zərərlilik 62%-ə bərabər olub. Bu 2023-cü ilin 11 ayı ilə müqayisədə 13% çoxdur.
Könüllü sığortada ən yüksək zərərlilik həyat sığortası üzrə 76%, qeyri-həyat sığortası üzrə 37%, şəxsi sığorta 72%, əmlak sığortası üzrə 16% təşkil edib. Zərərlilik həyat sığortası üzrə 22% artıb, qeyri-həyat sığortası üzrə 3% azalıb, şəxsi sığorta 12%, əmlak sığortası üzrə 14% azalıb.
Həyat sığortası üzrə ən zərərli sığorta növü həyatın yaşam sığortasında 81% olmaqla qeydə alınıb. Bu illik müüqayisədə 23% çoxdur
Şəxsi sığortada isə ən zərərli tibbi sığorta növü 78% olmaqla tibbi sığorta üzrə qeyd alınıb. Bu sığorta növü üzrə zərərlilik son bir il ərzində 13% artıb.
Əmlakın sığortası üzrə ən zərərli sığorta növü ənd təsərrüfatı heyvanlarının sığortası üzrə olub ki, zərərlilik 55% təşkil edib. Bu sığorta növü üzrə zərərlilik əmsalı 30%, başqa sözlə 2 dəfədən çox artıb.
İcbari sığortada avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik isə 77%-ə bərabər olub. Bu da illik 16% artım deməkdir.
Su nəqliyyat vasitələrinin sığortası, Su nəqliyyat vasitələri sahiblərinin mülki məsliyyətinin sığortası dəmiryol nəqliyyatı vasitələrinin sahiblərinin mülki məsliyyətinin sığortası, işçilərin dələduzluğu sığortası, peşə məsuliyyətinin sığortası, işəgötürənin məsuliyyət sığortası, mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası, işin dayanması ilə bağlı risklərdən sığorta, sərnişinlərin icbari fərdi qəza sığortası, ümumi mülki məsuliyyətin sığortası üzrə ödəniş-yığım nisbəti 0% təşkil edib.
Hava nəqliyyatı vasitələrinin sığortası və kreditlərin sığortası üzrə zərəlilik 1%, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərərlilik 2% təşkil edib.