Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində yük daşıyanın mülki məsuliyyətinin sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 37 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22 min manat və ya 37,3% azdır. 2024-cü ilin eyni dövründə bu göstərici 59 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 1 min manat təşkil edib ki, bu da illik müqayisədə 2 min manat və ya 66,7% azdır. Ötən ilin eyni dövründə 3 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,4 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,1% təşkil edib.














