Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın sığorta bazarı əvvəlki ilin eyni dövrünə nisbətən 87,8 milyon manat və ya 9% böyüyüb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə ən yüksək artım "Meqa Həyat Sığorta şirkətində qeydə alınıb. Sığorta şirkətinin yığımları son bir ildə 2,1 dəfə, başqa sözlə 3,6 milyon manata yaxın artıb.
“Atəşgah” Sığorta Şirkətinin yığımları 52%, başqa sözlə 10,9 milyon manat artıb.
"Azərbaycan Sənaye Sığorta"nın yığımlarında 32%, başqa sözlə 4,7 milyon manata yaxın artım baş verib.
“Atəşgah Həyat” Sığorta Şirkətində artım dinamikası 31% (15 milyon manat) civarında olub.
“Qala Sığorta” isə yığımlarını son bir il ərzində 28% və ya 13,5 milyon manat artırıb.
Bununla yanaşı yığımlarında azalma baş verən sığorta şirkətləri də var. Onlardan "İpək Yolu Sığorta"da 3 dəfə (10,3 milyon manat) və "Bakı Sığorta"da 2,7 dəfə (2,6 milyon manat) olmaqla daha kəskin azalma baş verib.