“Xalq Sığorta” ASC bu ilin birinci rübündə 7 milyon 804 min manat gəlir əldə edib.
“Xalq Sığorta”dan 6 milyon manat xalis mənfəət – ŞİRKƏT BÖYÜYÜR - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, şirkətin gəlirləri ötən ilin birinci rübü ilə müqayisədə 2 milyon 133 min manat və ya 37,6% artıb.
Bu dövrdə şirkətin xərclərinin həcmi 5 milyon 936 min manat olub ki, bu da, illik müqayisədə 823 min 434 manat (16,1%) artım deməkdir.
Hesabat dövründə şirkətin maliyyə mənfəəti 1 milyon 868 min manat olub. Ödənilmiş mənfəət vergisinin həcmi 385 min 245 manat təşkil edib. Nəticədə şirkət birinci rübü 1 milyon 483 min manat xalis mənfəətlə başa vurub ki, bu da, ötən ilin birinci rübünə nəzərən 924 min 51 manat və ya 2,7 dəfə çoxdur.
2026-cı ilin birinci rübünün sonunda ASC-nin cəmi aktivlərinin həcmi 95 milyon 794 min manat təşkil edib. Şirkətin aktivləri ötən ilin sonu ilə müqayisədə 2 milyon 301 min manat (2,5%) artıb.
Bəhs olunan dövrün sonuna şirkətin cəmi öhəlikləri 30 milyon 457 min manat təşkil edib ki, bu da, ötən ilin sonuna nəzərən 799 min manat (2,7%) artım deməkdir.
Bu ilin mart ayının sonunda şirkətin cəmi kapialı 35 milyon 337 min manat təşkil edib. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 1 milyon 701 min manat (2,7%) artım deməkdir.










![“Xalq Sığorta”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb – [red]KAPİTAL VƏ AKTİVLƏR BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/3978778.jpg)
![“Xalq Sığorta”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb – [red]KAPİTAL VƏ AKTİVLƏR BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/355465.jpeg)
![“Xalq Sığorta”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb – [red]KAPİTAL VƏ AKTİVLƏR BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/1211915.jpeg)
![“Xalq Sığorta”nın xalis mənfəəti 3 dəfəyə yaxın artıb – [red]KAPİTAL VƏ AKTİVLƏR BÖYÜYÜB[/red] | FED.az](upload/news/small/3704677.jpeg)








