Ölkənin yenilikçi sığorta şirkətlərindən olan Xalq Sığorta avtomobil sahiblərinin rahatlığını və büdcəsini düşünərək yeni və daha sərfəli, büdcə dostu məhsul- “Plyus Kasko”-nu təklif edir. Yeni məhsulun üstün cəhəti odur ki, siz avtomobilinizi illik cəmi 70 AZN ödəməklə kasko sığortası etdirə bilərsiniz. “Plyus Kasko” büdcənizə avtonəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı qarşılayaraq, avtomobilinizin təmirinə təminat verir.
Əlavə olaraq qeyd edək ki, yeni məhsuldan avtomobilinin istehsal tarixi son 15 ilədək olan istənilən şəxs yararlana bilər.
Elə indi məhsulu əldə etmək üçün aşağıdakı linkə keçid edin:
https://cascoplus.xalqsigorta.az?utm_source=Fed_az_presrliz&utm_medium=plyus_kasko_step1
Xatırladaq ki, 2005-ci ildən fəaliyyət göstərən "Xalq Sığorta" ASC, 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkət, tərəfdaşlar və müştərilər qarşısındakı öhdəliklərini vaxtında yerinə yetirməklə sığorta bazarında yüksək etimad qazanmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” şirkəti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.