Sığorta

“Xalq Sığorta” şirkətinin yığımları - AZALDI

“Xalq Sığorta” şirkətinin yığımları - AZALDI    | FED.az
14:12 30 İyul 2021

Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Xalq Sığorta” ASC-nin son bir il ərzində yığımlarında azalma olub. 

FED.az Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-iyun ayı üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət bu ilin ilk 6 ayı ərzində 13,040 mln. manat həcmində sığorta haqqı toplayıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 253 min manat və ya 1,90% az olub.

Bu dövr ərzində şirkətin sığorta ödənişləri 2,213 mln. manat və ya 25,91% artaraq 10,318 mln. manata çatıb.

Banner
Banner

Digər xəbərlər

Banner