Sığorta bazarının qabaqcıl şirkətlərindən olan Xalq Sığorta ASC müştəriləri üçün səyahət sığortasına daha əlçatan edərək onlayn alışda 20% endirim tətbiq edir.
FED.az xəbər verir ki, səyahət edən hər kəsin arzusu səfər zamanı özünü güvəndə hiss etmək və xoş təəssüratlarla qayıtmaqdır. Lakin təəssüf ki, səyahət zamanı başımıza gələ biləcək xoşagəlməz hadisələrdən sığortalanmaq mümkün deyil. Belə hadisələr sizi məyus etməklə yanaşı büdcənizə xeyli miqdarda ziyan vura bilər. Xalq Sığortanın təklif etdiyi səyahət sığortası səfər zamanı başınıza gələ biləcək hər hansı bir hadisə- sağlamlığınızda yarana biləcək problemlər və digər gözlənilməz hadisələr zamanı sizə dəymiş olan maddi zərəri tamamilə qarşılayır.
Səyahət sığortası əldə edərək səyahətinizi qayğısız şəkildə və hər anından zövq alaraq tamamlayın.
Səyahət sığortasını qeyd olunan linkə keçid edərək (https://travel.xalqsigorta.az/) onlayn şəkildə əldə edə bilərsiniz. Həmçinin siz 24 saat fəaliyyət göstərən 183 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya şirkətimizin sosial media hesabları vasitəsilə bizə müraciət edə bilərsiniz.
Xatırladaq ki, 2005-ci ildən fəaliyyətə başlayan Xalq Sığorta ASC 58 750 500 manat həcmində nizamnamə kapitalına malikdir. Şirkətin yenilikçi siyasəti və müştərilər qarşısındakı öhdəliklərini davamlı formada yerinə yetirməsi sığorta bazarında ona yüksək imic və güvən qazandırmışdır.
Hazırda fəaliyyətini uğurla davam etdirən “Xalq Sığorta” ASC Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında müştərilərə 20-dən çox könüllü və 3 icbari sığorta növünü təklif edir.