İnsanlarda həyat sığortasına qarşı mənfi bir fikir formalaşıb, bu sığortanə növünə qorxaraq yanaşırlar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Global CEO Summit 2026"da PAŞA Həyat Sığorta şirkətinin baş icraçı direktoru Ülviyyə Cabbarova deyib.
Onun sözlərinə görə, sığorta işçiləri vətəndaşlara həyat sığortasını təklif edən zaman onların ağlına ölüm və ya xəstəlik fikirləri ağlına gəlir:
«Adamlara həyat sığortasından danışanda onlar «iraq olsun», «xəstəlikdən uzaq olaq» fikirlərini səsləndirirlər. Bunun da səbəbi odur ki, əhali arasına sığorta savadlılığı azdır».
«Mən digər ölkələrdən olan həmkarlarımla da müzakirə edəndə onlar da bu problemin qlobal bir problem oldğunu bildirirlər»-deyə «Paşa Həyat Sığorta»nın rəhbəri bildirib.













