Ötən ilin nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımlarında ən kəskin artan şirkət 2,4 dəfə və ya 6,8 milyon manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 70% və ya 31,6 milyon manat artımla “Atəşgah” Sığorta Şirkəti şirkəti gəlir.
“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 27%, başqa sözlə 19,4 milyon manat artıb.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin yığımlarında 25% (5 milyon manat) artım baş verib.
"Qala Sığorta" ASC 23% (15 milyon manat) artımla beşinci olub.
Ötən il ümumilikdə 16 sığorta şirkətinin 13-ünün yığımlarında artım baş verib.