Azərbaycanın sığorta sektoru fəaliyyətini genişləndirmək üçün yeni inkişaf seqmenti müəyyənləşdirib. FED.az-ın məlumatına görə, söhbət ölkəyə gələn xarici turistlərin və xaricə gedən yerli vətəndaşların sığortalanmasınjan gedir. Xəbər verildiyi kimi bu məsələ Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) görüşündə müzakirə edilib. Görüşdə bu məsələ ilə bağlı ASAN Viza, həmçinin, turizm şirkətləri və tur operatorlarla əməkdaşlıq etmək məsələləri geniş müzakirə olunub.
FED.az-ın ilkin araşdırmaları göstərir ki, səfər sığortasının icbari tətbiqi Azərbaycanın sığorta sektoruna təqribən 100 milyon manatlıq vəsait ayxını təmin edəcək. Belə ki, son bir neçə il ərzində Azərbaycandan xaricə səfər edən turistlərin sayı 4 milyon nəfər ətrafındadır. Rəsmi məlumatlara görə, 2017-ci ildə Azərbaycandan xaricə 4,1 milyon nəfər səyahət edib. 2016-cı illə müqayisədə xaricə gedənlərin sayı 4% azalıb.
Bəzi ölkələrə səyahət zamanı viza tələblərinə əsasən, turistlər icbari sığortalanmalıdır. Amma belə ölkələrə səyahət edənlərin sayı o qədər də çox deyil. Belə ki, şnzy bk ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İran, 22,5 faizi Rusiya, 14,6 faizi Türkiyə, 1,6 faizi Ukrayna, 1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi isə digər ölkələrə səfər edib. Başqa sözlə, səyahatə edənlərin təqribən 96%-i viza və sığorta tələb olunmayan ölkələrə gedirlər. Bu şəxslərin hər birinin 10-12 dollardan sığortalanması sığorta şirkətlərinə 40-50 milyon manat sığorta haqqının toplanmasına şərait yaradacaq.
Eyni sözləri xaricdən Azərbaycana gələn turistlər haqqında da demək olar. Müşahidələr göstərir ki, ölkəyə gələn turistlərin bir hissəsi viza ilə yanaşı səfər sığortası da əldə edirlər. Amma belələri ölkəmizə Avropa və ABŞ-dan gələnlərdir və onların sayı o qədər də böyük deyil. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2017-i ildə Azərbaycana xaricdən 2,7 milyon nəfər turist gəlib ki, bu da 2016-cı illə müqayisədə 20% artıqdır.
Xarici turistlərin 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfər Gürcüstan, 362 597 nəfər İran, 301 553 nəfər Türkiyə, 102 360 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfər İraq, 57 756 nəfər Ukrayna, 33 273 nəfər Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşları olub.
Başqa sözlə Azərbaycana əsasən Rusiya, Gürcüstan, İran, Türkiyə və BƏƏ-dən olan vətəndaşlar gəlib və onların payı müvafiq olaraq 31,6%, 19,9%, 13,4%, 11,2% və 3,8% təşkil edib. Ölkəyə Rusiya və Gürcüstandan gələnlərə viza tələb olunmadığından onların sığortalanması da tələb kimi qoyulmur. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəylinin sözlərinə görə isə şərq ölkələrindən gələnlərin də əksəriyyəti sığortalanmır: «Azərbaycana gələn Yaxın şərq ölkələrinin əksəriyyətində bu sahə ciddi inkişaf etmədiyinə görə, bizə gələn turistlərin əksəriyyəti sığortalanmayıb».
Təqribi qiymətləndirmələrə görə, ölkəyə gələn turistlərin lərin 70-80%-i və ya təqribən 1,9 milyon nəfər viza və sığorta tələbi ilə üzləşmir. Bunların sığortaya cəlb edilməsi isə, adambaşına 10-12 dollardan hesablandıqda 19-23 milyon dollar və ya 33-40 milyon manata yaxın sığorta haqqı deməkdir.
Başqa sözlə, səfər sığortasının həm ölkəyə gələnlər, həm də buradan gedənlər üçün icbari tətbiqi üçün geniş baza var. Onun reallaşdırılması sığorta şirkətlərinə ümumilikdə 70-90 milyon manat sığorta haqqı gətirə biləcək. Bu isə Azərbaycanın illik sığorta bazarının 15-16%-i qədər böyümə deməkdir.
Sığorta şirkətləri üçün 100 milyon manatlıq – YENİ BAZAR
21:41
14 Aprel 2018