İştirakçı sığorta şirkətinin İcbari Sığorta Bürosunda (İSB) iştirakına xitam verildiyi halda vəsaitlərin dövriyyəsi aşağıdakı maddələrlə tənzimlənir. FED.az-a İSB-dən verilən məlumata görə, həmin qaydalara aşağıdakılardı
15. Büroda iştiraka xitam verilməsi
15.3. Büroda iştiraka xitam verilməsi sığortaçını xitam verilmə tarixinədək bağladığı müvafiq icbari sığorta müqavilələri üzrə qanunvericilikdə nəzərdə tutulmuş təqvim haqlarını və əlavə haqları ödəmək öhdəliyindən azad etmir.
15.4. İştirakçı sığortaçıya sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edildikdə onun Büroda iştirakı ilə bağlı öhdəliklərinin icrası həmin sığortaçının müvəqqəti inzibatçısı və ya ləğvetmə komissiyası tərəfindən həyata keçirilir.
18. İştirakçıların Büro ilə qarşılıqlı münasibətləri
18.5. Hər hansı sığortaçının Büroda iştirakına xitam verildiyi halda, onun Büroya ödədiyi iştirak haqqı, təqvim haqları, Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətlə əlaqədar ödənilən birdəfəlik pul vəsaiti və əlavə haqlar geri qaytarılmır.
18.6. İştirakçının ödəmə qabiliyyətinin olmamasına görə kompensasiya ödənişləri verildikdə, onun bütün öhdəlikləri ilə bağlı belə ödənişlərin verilməsinin başa çatmasından sonra Büroda yerləşdirdiyi təminat depozitinin bu məqsədlə istifadə olunmayan hissəsi ona qaytarılır.
18.7. İştirakçı Büroda iştirakına könüllü qaydada xitam verdikdə onun yerləşdirdiyi depozit haqqı və ya depozit haqqının qalan məbləği bank hesabına köçürülməklə aşağıdakı müddətdə ona qaytarılır:
18.7.1. İştirakçı müvafiq icbari sığorta müqavilələrini digər sığortaçıya (sığortaçılara) ötürdüyü halda həmin müqavilələrin tam olaraq ötürülməsi barədə əsaslandırılmış yazılı məlumatın Büroya təqdim edildiyi tarixdən 1 ay müddətində;
18.7.2. İştirakçı Büroda iştiraka xitam verdikdən sonra müvafiq icbari sığorta müqavilələrini başqa sığortaçıya ötürmədikdə həmin müqavilələrin sonuncusunun müddətinin başa çatması barədə əsaslandırılmış yazılı məlumatın Büroya təqdim edildiyi tarixdən 1 ay müddətində.
Sığorta şirkətinin yerləşdirdiyi təminat depoziti bu hallarda geri qaytarılır
14:53
20 May 2019