“Bundan sonra hansısa formada tapşırıq verməlidir ki, obyektlərdə yanğından mühafizə sistemi gücləndirilsin, eləcə də sığortalanma imkanlarına yenidən baxılsın, sığorta məbləğləri artırılsın. Bu olsa, ticarət mərkəzinin rəhbərliyi icarədarlar qarşısında pis vəziyyətdə qalmaz, hansısa məsuliyyəti yarananda öhdəliyini yerinə yetirər”.
FED.az xəbər verir ki,bunu açıqlamasında sığorta bazarı üzrə ekspert Aqşin Əlizadə deyib.
Ekspertin sözlərinə görə, əmlakın sığorta olunması vacibdir, amma bunun üçün riskləri maksimum dərəcədə azaldılmalıdır: “Nəzərə almaq lazımdır ki, sığorta şirkəti xeyriyyə cəmiyyəti deyil və risklərini idarə etməyə çalışır. Sığortaçı maksimum dərəcədə təmiz riskləri götürməkdə maraqlıdır. Diqlas” ticarət mərkəzi kimi obyektlərdə iki növ sığorta tətbiq oluna bilər. Bunlardan biri daşınmaz əmlakın özünün sığortalanması, digəri isə əmlak sahibinin mülki məsuliyyətinin sığortalanmasıdır. Hər ikisi icbari sığortadır.
Eləcə də bax: Prezident İlham Əliyev: “Azərbaycanda sığorta sahəsində boşluqlar var
Bundan başqa, sahibkarlar identifikasiya edilməsi mümkün olan malları da sığortalaya bilərlər. İdentifikasiya çox vacibdir. Təsəvvür edin ki, siz əmlakınızı 400 min manatlıq sığorta edirsiniz, amma yanğın baş verəndə məlum olur ki, orada heç 50 min manatlıq əmlak olmayıb. Hazırda daşınmaz əmlakın reyestri olduğu kimi daşınar əmlakın da reyestri var. Yəni ən azı həmin reyestrə salınmış mallar sığortalana bilər. Amma elə mallar da var ki, onları sığortalamaq mümkün deyil. Məsələn, hansısa corabı və yaxud paltarı identifikasiya etmək və sığorta obyektinə çevirmək mümkün deyil”.