Bu ilin 11 ayının nəticələrinə görə Azərbaycanda sığorta yığımlarında ən kəskin artım olan sığrota şirkətlərinin adları məlum olub.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq hesabata istinadən xəbər verir.
Belə ki, hesabat dövründə ən çox sığrota yığımlarında ən kəskin artan şirkət 2,4 dəfə və ya 6,3 milyon manatla "Meqa Həyat Sığorta" şirkəti olub.
İkinci pillədə 51% və ya 20 milyon manat artımla “Atəşgah” Sığorta Şirkəti şirkəti gəlir.
Yığımlarında "Qala Sığorta" ASC 36% (19,4 milyon manat) artımla üçüncü olub.
“Atəşgah Həyat” Sığorta Şirkətinin yığımları 28%, başqa sözlə 17,7 milyon manat artıb.
“Azərbaycan Sənaye Sığorta” ASC-nin yığımlarında 27% (5 milyon manat) artım baş verib.