Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığımlar kəskin azaldığı halda, bu il ödəniş partlayışı yaşanıb və zərərlilik 100%-i keçib.
FED.az Mərkəzi Bankın hesabatına istinadən bildirir ki, bu ilin altı ayında bu sığorta növü üzrə yığımlar 38 min manat (41.8%) azalaraq 91 min manatdan 53 min manata enib.
Ötən ilin eyni dövründə bu növ üzrə heç bir ödəniş olmasa da, bu il 60 min manat sığorta ödənişi edilib.
Nəticədə, ötən il 0% olan zərərlilik göstəricisi bu il 113.2%-ə yüksəlib. Bu o deməkdir ki, şirkətlər bu növ üzrə yığdıqları hər 100 manat vəsaitin müqabilində 113 manat ödəniş ediblər.