27 mart 2019-cu ildən fəaliyyə başlayan “Xalq Həyat” sığorta şirkəti Azərbaycan sığorta bazarında yükcək imicə malik olmaqla müştəri yönümlü bir şirkət kimi tanınır. Hazırda şirkət korporativ müştərilərlə yanaşı fərdi müştərilərə bazar şərtlərinə uyğun şəkildə sərfəli sığorta məhsulları təqdim edir.
FED.az biznes xəbər portalı şirkətdəki yeniliklər və gələcək planlarla bağlı “Xalq Həyat Sığorta” şirkətinin satış və marketinq idarəsinin müdiri Şəhriyar Məcidovun müsahibəsini təqdim edirik.
Şəhriyar bəy, “Xalq Həyat” şirkətinin cari ilin yanvar-iyun ayları üzrə maliyyə nəticələri barədə məlumat verməyinizi xahiş edirik. Ümumiyyətlə, şirkət ilin ilk 6 ayını hansı göstəricilərlə başa vurub?
“Xalq Həyat “ Sığorta şirkəti fəaliyyətə başladığı dövrdən hər ili uğurla başa vurduğu kimi 2024-cü ilin yanvar–iyun aylarını da yadda qalan uğurlu göstəicilərlə başa vurub, yığım portfelimizdə artıma nail olmuşuq. Birinci yarım ilin nəticələrinə görə yığım porfelimiz son bir illə müqayisədə 317 min manat və ya 7,0% artaraq 4 985 462 manata çatıb. Sığorta hadisələri üzrə müştərilərə ödədiyimiz sığorta vəsaitlərinin həcmi isə 2, 234 milyon manat və ya təxminən 3,5 dəfə artaraq 3 140 476 manat təşkil edib.
Əvvəlki illərlə müqayisədə şirkət daha çox könüllü məhsulların satışına üstünlük verib ki, bunu da cari ilin ilk 6 ayı üzrə göstəricilərində müşahidə edə bilirik. İlk ilk birinci yarısında “Xalq Həyat” sığorta şirkəti daha çox könüllü məhsulların satışının avtomatlaşmasında, daha dəqiq desək rəqəmsallaşdırılması istiqamətində uğur əldə edib ki, bu da yaxın zamanlarda vətəndaşların sığorta məhsullarımızı daha tez və sürətli şəkildə əldə etməsinə zəmin yaradacaq.
Yığım porfeli daha çox hansı növlərin hesabına formalaşıb. Mümkün olduğu qədər portfelin növlər üzrə diversifikasiyasını qeyd edə bilərsinizmi?
Qeyd etdiyim kimi yığım portfeli daha çox könüllü məhsullar üzrə formalaşır ki, bu da əsasən “Həyatın yaşam sığortası” və “Kredit götürən şəxslərin sığortası” məhsullarının payına düşüb. Məlum olduğu kimi həyat sığortasında bir icbari məhsul olduğu üçün bazarda rəqabət urək açan deyil. Ona görə də şirkət icbari məhsulun satışı ilə yanaşı könüllü məhsulların da çarpaz satışına üstünlük verir. Məhz elə şirkətin sağlam sığorta portfeli də sözügedən növlərdən əldə olunan daxilolmalar hesabına formalaşıb.
Strategiyaya uyğun olaraq, bazarda daha da güclənmək üçün hansı addımlar atılır?
Hal-hazırda 2024-2025-ci illər üçün nəzərdə tutulan strateji plananımıza uyğun olaraq, satış komadamızın sayını artırılması və motivasiya proqramaları üzrə aktiv işlər aparılır. Bundan başqa, şirkətin əsas strategiyası könüllü məhsulların rəqəmsallaşması və inteqrasiyası, eləcə də vətəndaşlar üçün sərfəli və faydalı könüllü həyat sığortası məhsulları yaradaraq bazara təqdim etməkdir.
Məlumdur ki, Mərkəzi Bank maliyyə sektorunda olduqca ciddi islahatlar həyata keçirir. Bu islahatlar çərçivəsində bu yaxınlarda daha bir qərar verilib. Yeni qərara əsasən fiziki şəxslər kredit alan zaman banklar həyat sığortası məhsulunu da təklif etməlidir. Sizin fikrinizcə bu qərardan sonra məcmi yığım portfelində “kredit götürən şəxslərin həyat sığortası” növünün payı ilin sonunadək hansı məbləğədək proqnozlaşdırısınız? İlin sonuna hansısa bir pronoz məbləği varmı?
Bəli, Mərkəzi Bankın istehlak krediti götürən şəxslərin həyat sığortası məhsuluna tədbiq etdiyi yeni qaydalar məhsulun vətəndaşlara daha əl çatan olması, vətəndaşların bu məhsuldan daha aktiv istifadəsi üçün nəzərdə tutulan uğurlu addımlardan biridir. Təbii ki, bu məhsulun satışında sığortaçılarla yanaşı banklar da maraqlı olmalıdır. Çünki belə olan halda bank öz riskini sığortaçıya ötürür və nəticədə daha sağlam kredit portfelinə sahib olur. Bununla yanaşı, sığortalı vətəndaşın gələcəkdə sığorta hadisəsi baş verdikdə istər özünü istərsə də ailəsinin maddi rifahını sabit saxlamağa nail olur. Qeyd etdiyim məqamlar stabilləşdiyi təqdirdə sığorta şirkətlərinin də yığımlarında nəzərə çarpan artımın olması qaçılmazdır. Lakin, bu bir başa satışların həcmindən asılı olduğu üçün hazırda konkret bir proqnoz vermək çətindir. Çünki yeni qaydalar üzrə kredit götürən şəxslərin banklar tərəfindən sığortalanmasına başlayacağı vaxt hələlik bəlli deyil.
Təqdim etdyiniz məhsullarının satışında onlayn rəqəmsallaşma ilə bağlı hansı işlər görülür? Mobil tətbiq və və digər alətləri nəzərdə tuturuq.
Bəli, bu sahədə əsasən Həyatın Yaşam Sığortası (HYS) məhsulu üzrə işlər aparılır. HYS məhsulunun rəqəmsallaşması ilə yanaşı məhsulun mobil tədbiqinin istifadəçilərə təqdim edilməsinə çox az bir vaxt qalıb. HYS məhsulunun həm satış həm də istifadəsinə fərqli bir yanaşma ilə bazara yeniliklər gətirəcəyik. Bu da vətəndaşlarda məhsulumuza olan marağı daha da artıracaq.
“Xalq Həyat” şirkəti olaraq hansı könüllü sığorta növləri üzrə daha sərfəli yeni məhsulların tətbiqini planlaşdırırsınız?
Yeni könüllü məhsullar artıq hazırlanıb. İki yeni könüllü sığorta məhsulu vətəndaşların istifadəsinə verməyi planlaşdırırıq. Ümid edirik ki, yeni məhsullarımız rəqabət mühitini artımaqla yanaşı sığorta bazarında müəyyən bir canlanma da yaradacaq.
Cari ilin sonunadək regionda satış coğrafiyanızı genişləndirmək niyyətiniz varmı?
Cari ilin sonunadək bu məsələ nəzərdə tutulmasa belə növbəti ildə cənub və şimal bölgəsində yeni filialların açılışı şirkətin strateji planlarından biridir.
Müsahibəni hazırladı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor