"Qala Sığorta" ASC-nin 100% səhmdarı "AzRe Təkrarsığorta" ASC şirkəti satıb.
FED.az xəbər verir ki, bu barədə təkrarsığortaçıdan bildirilib.
Bununla da, alıcının kim olduğu açıqlanmayıb.
FED.az məsələni dəqiqləşdimək üçün "Qala Sığorta" və "Qala Həyat Sığorta" şirkətinin Müşahidə Şurası sədrinin birinci müavini Aydın Rəhmanovla əlaqə saxlayıb. A.Rəhmanov məlumatın həqiqətə uyğun olmadığnı bildirib.
Eləcə də bax: "Qala Sığorta" vətəndaşın pulunu ödəmir - ŞİKAYƏT
Hazırda "AzRe Təkrarsığorta" yalnız "Qala Həyat Sığorta" ASC-nin səhmlərinin 90%-nə, "Azər-Türk Bank" ASC-nin isə səhmlərinin 6,55%-nə nəzarət edir.
Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Həmin vaxta qədər onun səhmdarı "American International Group" olub. (Report)