Azərbaycan sığorta bazarının iştirakçılarından olan "Qala Həyat" Sığorta Şirkətinin ödəniş üzrə göstəricisi kəskin azalıb.
FED.az Mərkəzi Bankın sığorta şirkətlərinin cari ilin yanvar-mart ayları üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, 2021-ci ilin I rübündə şirkətin müştərilərə verdiyi sığorta ödənişlərinin həcmi təxminən 72% azalaraq 0,841 mln. manata düşüb. Məlumat üçün bildirək ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1,450 mln. manat olmuşdu.
Hesbat dövründə şirkətin yığımlarının həcmi 3, 537 mln. manat təşkil edib.