"Paşa Həyat" Sığorta şirkətinin 2025-ci ilin yekunlarına dair investisiya portfeli üzrə hesabatı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbəe verir ki, 2024-cü ilin eyni dövrü (ilə müqayisədə maraqlı dəyişikliklər nümayiş etdirir.
Şirkətin cəmi investisiyaları 2025-ci ildə azalıb, lakin portfel daxilində bəzi dəyişikliklər qeydə alınıb.
Şirkətin cəmi investisiyaları 2025-ci ilin sonuna 556,1 milyon manat təşkil edib. Bu, 2024-cü ilin sonundakı 718,7 milyon manat ilə müqayisədə 162,6 milyon manat (22,6%) azalma deməkdir.
İstiqrazlar, cəmi investisiyaların əsas hissəsini təşkil etsə də, 2025-ci ildə 442,9 milyon manata bərabər olub.Bu da 2024-cü illə müqayisədə 171,7 milyon manat (27,9%) azalmadır. Bu azalmanın əsas səbəbi dövlət istiqrazlarında müşahidə olunan enişdir:
Dövlət istiqrazları 252,3 milyon manat (43,9%) azalaraq 321,7 milyon manata düşüb.
Qeyri-dövlət istiqrazları 80,6 milyon manat (2,9 dəfə) artaraq 121,2 milyon manata yüksəlib.
Səhmlər 10,1 milyon manat səviyyəsində dəyişməz qalıb.
İnvestisiya fondlarına yerləşdirilmiş aktivlər o cümlədən, törəmə maliyyə alətləri 2025 və 2024-cü illərdə olmayıb.
Daşınmaz əmlaklar (öz istifadəsi üçün olmayan) 417,7 min manat səviyyəsində dəyişməz qalıb.
Depozitlər 8,9 milyon manat (9,5%) artaraq 101,9 milyon manata yüksəlib.
Digər investisiyalar 718,3 min manata bərabər olub. 2024-cü illə müqayisədə 262,5 min manat (57,6%) artım baş verib.
Xatırladaq ki, "Paşa Həyat" Sığorta şirkətinin 2024-cü ilin sonuna cəmi investisiyaları 718,7 milyon manat təşkil etmişdi.















